“Korporativ idarəetmə investorlar üçün cəlbediciliyin artırılmasında önəmlidir”
Tarix: 03.03.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.
“Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı” mövzusunda təşkil edilmiş tədbirdə müvafiq dövlət qurumlarının və 30-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın daha da inkişaf etdirilməsi istiqmətində görülmüş işlər barədə danışıb. Bildirilib ki, şirkətlərdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi onların rəqabət qabiliyyətinin yüksəldilməsində, investorlar üçün cəlbediciliyin artırılmasında və səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayır. İqtisadiyyat Nazirliyi tərəfindən korporativ idarəetmə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verən nazir müavini Sahib Məmmədov korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı Nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçiriləcəyini qeyd edib.
Sonra İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ idarəetmənin əhəmiyyəti, eləcə də korporativ idarəetmənin müəssisələrdə tətbiqi, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə məlumat verib.
Tədbirdə həmçinin, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info