Ercan Murat: ”Naxçıvan inanılmaz dərəcədə dəyişib”
Tarix: 03.03.2016 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında çox gözəl infrastruktur yaradılıb. Naxçıvan şəhərində gözəl binalar inşa olunub, köhnələri əsaslı təmir edilib, tarixi keçmişə xüsusi həssaslıqla yanaşılıb, muzeylər yaradılıb. İnsanlar burada rahat və firavan yaşayırlar.
Martın 2-də Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın paytaxtındakı mədəniyyət müəssisələri, tarixi abidələr, istehsal sahələri ilə tanış olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat bu sözləri müsahibəsində deyib.

Naxçıvana səfərinin təəssüratları barədə danışan Ercan Murat bildirib ki, 1997-2001-ci illərdə BMT-nin nümayəndəsi kimi Azərbaycanda fəaliyyət göstərib. Həmin illərdə bir neçə dəfə muxtar respublikada səfərdə olub. Blokada vəziyyətində olan diyardakı vəziyyətlə yaxından maraqlanıb.

O deyib: “Naxçıvan diyarını çox sevirəm. Ona görə də 14 il sonra təkrar Naxçıvana səfər edərək bu gözəl yurdu görmək istədim. Gəldim və burada gördüklərim məni heyrətə saldı. Naxçıvan Muxtar Respublikası inanılmaz dərəcədə dəyişib, inkişaf edib. Mən muxtar respublikanın paytaxtını görəndə gözlərimə inana bilmədim. Çox gözəlləşib, müasir Avropa şəhərinə çevrilib”.
Naxçıvanda sənayenin də inkişaf etdiyini deyən Ercan Murat muxtar respublikanın ötən illər ərzində çox böyük inkişaf yolu keçdiyini vurğulayıb: “Mən əldə edilən bu nailiyyətlərə görə naxçıvanlıları alqışlayır, onları təbrik edirəm. Naxçıvandakı inkişafdan şad oldum”. AZƏRTAC

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info