Məhkəmə Ekspertizası Mərkəzi işçi axtarır
Tarix: 03.03.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Bu haqda Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Xatırladırıq ki, vakant ştat vahidləri Məhkəmə Ekspertizası Mərkəzində əsasən kimya, fizika, riyaziyyat, filologiya, biologiya, əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, psixologiya, ekologiya, ekologiya mühəndisliyi, inşaat mühəndisliyi, istilik energetikası mühəndisliyi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, Mərkəzin Gəncə regional bölməsində biologiya, Şəki regional bölməsində fizika, Şirvan regional bölməsində isə kimya ixtisasları üzrədir.
Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Namizədlər müəyyən olunmuş ərizə formasını və digər sənədləri aşağıda göstərilən ünvanlarda:

- Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında
(Bakı şəhəri, Xəqani küçəsi, 24, tel: 498-09-71, 493-18-52);

- Mərkəzin Gəncə regional bölməsində
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (022) 65-18-96);


- Mərkəzin Şəki regional bölməsində
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (070) 229-30-29);

- Mərkəzin Şirvan regional bölməsində
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91)

təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin, sualların hazırlanmasında istifadə olunan hüquqi aktların siyahısı, müsahibənin keçirilməsi qaydaları, həmçinin qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar. Həmçinin qeyd olunan sənədləri Mərkəzdə və onun regional bölmələrində əldə etmək mümkündür.


Fuad






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info