“The Washington Post”: “Bizim enerji gələcəyimiz necə olacaq?”
Tarix: 03.03.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


“Yaxın onilliklərdə enerji təhlükəsizliyinin ən vacib problemləri elektroenerji ilə bağlı olacaq”

“The Washington Post” qəzetində müəllif David Viktor “dünyanın enerji gələcəyinin necə olacağı” ilə bağlı maraqlı yazı yazıb. Yazıda belə qeyd edilir: “Bir ilə necə də hər şey dəyişdi. Cəmi 12 ay öncə - 2015-ci ilin martında neft qiymətləri bir bareli 50 dollara qədər düşdü. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə aşağı qiymət idi. Bundan neft çıxaran ölkələr ziyan çəkdilər, amma ümid etdilər ki, qiymətlər tezliklə yenə yoluna düşəcək.
Bu gün neft qiymətləri yenə də aşağı enib, amma onların daha artacağı görünmür. Dünya iqtisadiyyatının aşağı düşməsi və neftə olan tələbatın aşağı salınmasına yönəlmiş siyasətlə bağlı olaraq neftə dünyada tələbat süst olaraq qalır. Neft təkliflərinin həcmi isə əvvəlki kimi böyükdür. Halbuki neft hasilatı üçün investisiyalar kəskin ixtisara düşüb. Neft ixracatçıları olan ölkələr və gəlirləri neft satışından formalaşan ölkələrdə dəhşətli situasiya formalaşıb. Onlar ümid edirlər ki, aşağı neft qiymətləri sayəsində ona tələbat yenilənəcək və tədarükçülər yenidən yüksək qiymətlər təyin edə biləcəklər. Pis arzu deyil. Amma ötən il karbohidrogen ehtiyatları tədarükçüləri üçün uzunmüddətli proqnoz daha bir tendensiyanı üzə çıxardı: iqlimin dəyişməsinə münasibətdə siyasət çox ciddi olaraq qalır. Demək olar ki, 20 il ərzində ölkələr beynəlxalq forumlarda yığışaraq iqlimin dəyişməsi məsələsini müzakirə ediblər, amma demək olar ki, heç nə dəyişməyib. İqlimin dəyişməsi ilə bağlı məsələ dekabrdan başlayaraq ölü nöqtədən tərpənmişdi. Yəni Parisdə 196 ölkə iqlimin dəyişilməsi ilə bağlı problemə aid birgə həll məsələsinə yeni yanaşma barədə razılığa gəldilər. Paris razılaşması hər bir ölkəyə parnik qaz tullantılarının ixtisara salınması ilə bağlı öhdəlik verir. Tərəflər dövri olaraq yığışacaq və yoxlayacaqlar ki, hər bir ölkə bu öhdəliyi yerinə yetrmək üçün yetərincə tədbir görüb ya yox. Öhdəliyin yerinə yetirilməsini yoxlama imkanı sözügedən sahədə real fəaliyyət göstərməyən ölkələri müəyyən etməyə və daha aktiv tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq.
Məhz belə bir yanaşmanın işlənməsi onu deməyə imkan verir ki, Paris forumu bu sahədə bir addım irəli deməkdir. İqlimin dəyişməsi ilə bağlı siyasət isə bir il öncədən fərqli olaraq daha effektiv və daha çox etibarlıdır.
Beynəlxalq iqtisadi forumun təşkilatçıları tərəfindən açıqlanmış yeni məruzədə göstərilib ki, enerji sektorunda tamamilə bir-birinə əks olan problemlər necə həll olunur. Deyim ki, mən Ekspertlər şurasının üzvüyəm, amma məruzənin məzmununa cavabdeh deyiləm.
Hələ 2009-cu ildən forumun işçi qrupu hər bir ölkənin enerji sisteminin effektivliliyini 3 parametrə əsasən qiymətləndirib: а) vətəndaşlara müxtəlif təhlükəsiz mənbələrdən alınmış iri həcmdə enerji təqdim etmək, b) parnik qazları və digər çirkləndirici vasitələrin ixtisara salınması, s) iqtisadiyyatın sürətli artımı məqsədilə enerjinin əlçatanlığını təmin etmək.
Onilliklərlə enerji siyasətindən danışan siyasətçilər bu aspektlərdən cəmi birinə diqqət yetiriblər: enerji təchizatı. Onlar hesab ediblər ki, ən böyük neft, qaz və kömür ehtiyatına malik ölkələr daha çox təminatlıdır və onların daha az problemləri var. Əgər bu üç parametrə baxsaq, onda böyük ixracatçılarda əslində iş o qədər də yaxşı deyil.
Ən yaxşı enerji sistemi olan çoxlu sayda ölkələr faktiki olaraq enerji daşıyıcılarını, əsasən nefti çox iri həcmlərlə alırlar. Onlar öz enerji mənbələrini şaxələndiriblər, bununla yanaşı, onlarda enerji əlçatan və ekoloji təmizdir.
Bir çox illər ərzində forumun işçi qrupu yalnız bu göstəriciləri istifadə edib. Gələcəkdə isə ola bilsin ki, yeni göstəricilər tətbiq edilsin. Ölkələrin bu baxımdan reytinqi də nəzərə alınır. Yeganə enerji mənbəsinə malik ölkələr reytinqdə sonuncu yeri tutur. Onlara OPEK ölkələri də aiddir. Reytinq cədvəlində Yaponiya 28-ci yerə düşüb. Bu isə ölkədə atom elektrik stansiyalarının bağlanması ilə bağlıdır. Orada bir sıra stansiyalar yenidən açılır. Bununla yanaşı, Yaponiyada hazırda daha çox karbon qazı tullantısı hasil olunur, buna görə də ölkənin reytinqi aşağı düşüb. Nigeriya siyahıda 26 pillə geriləyib və 108-ci yerdə dayanır. Dünyada neftin qiymətlərinin düşməsi ÜDM-də əks olunub. Həmçinin OPEK ölkələrindən heç biri bu siyahıda layiqli yer ala bilməyib. Çünki onlar fövqəladə dərəcədə neftdən asılıdırlar. Neftdən asılılıq onlar üçün həm də iqtisadi inkişaf strategiyasını əhatə edir.
Fars körfəzinin bir sıra ölkələrində isə neft satışından əldə olunan gəlirlərin aşağı düşməsi nəticəsində siyasi şəraitin gərgin keçəcəyi gözlənilir.
Ötən ilin payızında Beynəlxalq Valyuta Fondu bununla bağlı xəbərdarlıq etdi. Fars körfəzinin böyük neft ixracatçısı olan ölkələr hazırkı neft qiymətləri şəraitində qazandıqlarından çox xərcləyirlər.
Ümumiyyətlə, neft satışından qazanmaqda çətinlik çəkən ölkələr neft satışından iqtisadi asılılığı minimuma endirməlidirlər. Onlar xidmətlər, bank sektoru, turizm və eləcə də karbohidrogen ehtiyatları ilə bağlı olmayan sahələri inkişaf etdirməlidirlər.
Bununla bağlı uzaqgörənliyin yaxşı nümunəsi Meksika hesab olunur. Ciddi konstitusional və siyasi problemlərə baxmayaraq, hökumət ölkənin neftdən asılılığını azaldır.
Onlar həm də xarici investisiyanı cəlb etmək üçün islahatlar aparırlar”.
Yazıda o da qeyd edilir ki, heç bir ölkə bütün göstəricilər üzrə yüksək reytinqə nail ola bilməz: “Çünki yeni enerji siyasəti yürütmək üçün kompromislərə getmək lazımdır. Bir sıra ölkələr - əsasən, Şimali Avropa ölkələri həmişə forumun qiymətləndirmələrinə görə yüksək reytinqə malik olublar. Onların hər birində ekoloji təmiz enerji sistemi inkişaf edib. Onların iqtisadiyyatı balanslaşdırılıb. Onlardan bəziləri (o cümlədən, Norveç) bu göstəricilərə görə də iri enerji daşıyıcıları ixracatçısı kimi tanınır.
Amma praktiki olaraq heç bir iri dövlət yuxarıda adı çəkilən reytinqin ilk onluğuna düşə bilməyib. Bir istisna kimi Fransa qeyd edilir. Çünki o, tullantı səviyyəsi çox aşağı olan atom energetikasının hesabına yaşayır, hazırda isə Fransa hökuməti bu enerji mənbəyini azaltmağa qərar verib.
Ümumiyyətlə, enerji təhlükəsizliyini təmin etmək üçün enerjinin müxtəlif mənbələrdən alınması şərtdir.
Amma faktiki olaraq, parnik qazlarının ixtisara salınması üçün hər şey edən ölkələr, önəmli dərəcədə hidroenerji və ya atom enerjisinə keçiblər. Bu mənbələri etibarlı etmək üçün isə digər enerjidaşıyıcılarını da geniş istifadə etmək lazımdır.
O da bildirilir ki, bütün dünyada külək və günəş enerjisinin enerji təminatında payı 3 faizdən də aşağıdır.
Məruzə müəllifləri hesab edirlər ki, yaxın onilliklərdə enerji təhlükəsizliyinin ən vacib problemləri elektroenerji ilə bağlı olacaq. Daha geniş miqyasda elektrik enerjisinin istifadəsinə görə problemlər yaranacaq. Bu isə neftdən asılı olan enerji təhlükəsizliyinə qətiyyən bənzəmir.
Elektroenergetik sistemlərin etibarlılığını artırmaq üçün böyük bahalı elektrik şəbəkələrinə investisiya yatırılmasını stimullaşdırmaq və onları yeni enerji mənbələri ilə təkmilləşdirmək lazım gəlir. Məsələn, külək və Günəş enerjisini bura aid etmək olar. Bundan başqa, kiberhücum kimi yeni təhdidlərə qarşı dayanmaq da bu baxımdan vacibdir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info