Milevski Azərbaycanla bağlı qərarını verib
Tarix: 04.03.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Milevski üçün yeni klub axtarışlarımızı davam etdiririk. O, oynamaq istəmədiyi ölkələrin adlarını da bizə verib”. Bunu Ukrayna yığmasının sabiq hücumçusu Artyom Milevskinin meneceri Aleksandr Pankov deyib.
Rumıniyanın “Konkordiya” klubunun düşərgəsində olan 31 yaşlı forvard orda qalmaq fikrində deyil. Pankov Ukrayna mətbuatına açıqlamasında Milevskinin Azərbaycanla bağlı qərarını da bildirib. Təxminən iki il əvvəl Milevskinin adı Azərbaycan klubları ilə birgə hallanırdı. Lakin həmin vaxt o, Xorvatiya təmsilçisi “Hayduk”a keçməyi üstün tutmuşdu. Menecer Kiyev “Dinamo”sunun sabiq üzvünün ölkəmizlə bağlı qərarını dəyişmədiyini deyib: “Portuqaliyada yaxşı bir variant var idi. Sadəcə, danışıq müsbət nəticələnmədi. BATE sərfəli təklif göndərdi və keçidi tezliklə rəsmiləşdirməyə çalışdı. Lakin biz danışığı dondurduq və bu variantı ikinci plana atdıq. Futbolçu Tailand, Vyetnam, Çin kimi yerlərə getməyə özünü hazır saymır. Rusiyadan da təklif oldu, ancaq Artyom razılıq vermədi. Səbəb siyasi məsələ deyil. Rusiyaya getmək istəyi yoxdur. Həmçinin Qazaxıstan və Azərbaycanda da oynamaq fikrindən uzaqdır. Ukraynada isə yaxşı komanda çox azdı”. Qeyd edək ki, 2006-2012-ci illərdə Ukrayna yığmasının heyətində 50 oyunda iştirak edən Artyom Milevski karyerasının böyük hissəsini Kiyev “Dinamo”sunda keçirib. O, həmçinin Türkiyə və Xorvatiyada da legioner həyatı yaşayıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info