“İqtisadi mühafizə biznesin əsas dayaqlarından biridir”
Tarix: 04.03.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Elmar Nurəliyev: “İqtisadi mühafizənin əsas mexanizmi düzgün kadr seçimidir”
İstənilən sahibkarın öz biznesini ayaqda saxlamasında iqtisadi mühafizənin düzgün qurulması əhəmiyyətli rol oynayır. Bir çoxlarının diqqətə almadığı mühafizə işinin tərkib hissəsi olan bu məsələ, əslində, maliyyə itkisinin qarşısını almağın ən optimal yoludur. İqtisadi mühafizənin qurulmasının nəzəri və praktiki mexanizmləri var. Həmsöhbətimiz mühafizə işi üzrə ekspert Elmar Nurəliyev bu haqda “Palitra”ya ətraflı məlumat verdi.

Onun sözlərinə görə, mühafizəçi sağlam bədən quruluşuna sahib, punktual, ağıllı və intellektual olmaqla, yerində qərar qəbul etməyi bacarmalıdır: “İqtisadi mühafizə biznesin əsas dayaqlarından biridir. İqtisadi mühafizənin əsas mexanizmi düzgün kadr seçimidir. Öncə yerlərdə, quruluş bölmələrində peşəkar kadrlar seçilməlidir. Bununla işin 50 faizinin görülməsini təmin etmiş olursan. İkinci, biznesinizdə (şirkətdə) olan departamentlərin, bölmələrin büdcədən illik dotasiya almalarının mexanizmi işlənib hazırlanmalı və özü-özünü maliyyələşdirmə sisteminə keçilməlidir. Biznesin əlavə xərclərinə aid yeni proqram hazırlanmalı və ən sonda biznes fəaliyyətinin növündən asılı olaraq (istehsal, satış, xidmət və s.) satınalmaları əməkdaşlıq etdiyi şirkətlərlə barter ilə həyata keçirməlidir. İqtisadi mühafizənin əsas amillərindən biri biznesdə olan xidmət sahələrinin özü-özünü maliyyələşdirməsini (yəni büdcədən daha az vəsaitlə maliyyələşməni) təmin etməkdir. Bu, əsasən, mühafizə, nəqliyyat, təsərrüfat, İT, satınalma sahələrinə aiddir”.
Maraqlıdır ki, mühafizəçi biznesi necə qoruya bilər? Ekspertin fikrincə, biznesin qorunması üçün mühafizənin obyekti mühafizə, iqtisadi mühafizə, texniki mühafizə, elektron mühafizə və vizual mühafizə növləri var: “Bizim hamımızın bildiyi mühafizə obyekti mühafizədir. Yəni obyektin giriş-çıxışına nəzarət etmək, daxili qaydalara nəzarəti həyata keçirmək, fiziki olaraq oğurluğun qabağını almaq, yanğın təhlükəsizliyinə nəzarət etməkdən ibarətdir”.
Elmar Nurəliyev iqtisadi mühafizənin təşkil etdiyi sahələrdən misallar göstərdi: “Biznesin (şirkətin) satınalmalar departamenti şirkətin illik satınalmalarının plan-konsepsiyasını hazırlayır. Eyni zamanda alınan malların hansı şirkətdən alacağının monitorinqini apararaq hazırlayır və həmin şirkətlərlə niyyət protokolu bağlayır. Protokolda satış məhsulunun adı, qiyməti, endirimi və yığılan faizlər göstərilir. Məsələn, yeyinti sənayesinə aid bir şirkət ona lazım olan 1001 xırdavat malları almaq üçün aparılmış monitorinqin ən münasib nəticəli şirkəti ilə müqavilə bağlayır və həmin malları oradan alır. Həmin şirkətdən aldığı malları topdansatış qiymətindən də ucuz almaq olur. Həmin yeyinti şirkəti 1001 xırdavat malın pulunu nağd şəkildə yox, 1001 xırdavatın yeməkxanasına, yaxud onlara aid olan digər bölmələrə öz məhsulları ilə barter edir. Nəticədə şirkətdən nağd pul çıxmır. Yaxud hər hansı şirkət öz reklamını KİV-də vermək istərkən, öz məhsulları ilə reklamı barter edir və s. Mən öz təcrübəmdə nəqliyyat sahəsində xərclərin ən azı 20-25 faiz, təsərrüfat, İT, satınalma, mühafizə bölməsi üzrə ən azı 10-15 faiz azalmasının şahidi olmuşam. Bu da istər böyük, istərsə kiçik şirkətlərdə xeyli maliyyə itkisinin qarşısının alınması deməkdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info