Tehranda Rusiya-İran məsləhətləşməsi
Tarix: 04.03.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Nəqliyyat dəhlizi, dəmir yolunun modernləşdirilməsi, Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib
Tehranda Rusiya və İran Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə keçirilib. Görüş zamanı nəqliyyat dəhlizi, İranda dəmir yolunun modernləşdirilməsi, həmçinin Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib.
Bu barədə “RİA Novosti” agentliynə Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin məlumat verib. Onun sözlərinə görə, görüş zamanı konkret vəzifələr , o cümlədən nəqliyyat, regiondakı münasibətlərlə bağlı məsələlər, həmçinin Suriyada yaşanan gərginlik və beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli yolları müzakirə edilib. Karasin, görüş zamanı Qarmsar-İnçe-Barun dəmir yolunun modernləşdirilməsi layihəsinin də əsas müzakirə obyekti olduğunu vurğulayıb. Xatırladaq ki, bir müddət bundan əvvəl İranın Rusiyadakı səfiri Mehdi Sanai də İranın dəmir yolu sahəsində Rusiya ilə müqavilələr imzayalacağını bəyan etmişdi. Səfirin sözlərinə görə, ümumi məbləği 2.2 milyard dollar olacaq bu müqavilədə dörd istilik elektrik stansiyasının da tikintisi nəzərdə tutulub. Səfir bu məsələlərdə bütün sualların həll edildiyini və sadəcə, təkcə texniki detalların həllində bəzi problemlərin qaldığını bəyan etmişdi. Qeyd edək ki, məsləhətləşmələr zamanı keçmiş postsovet ölkələri ilə Rusiya və İran arasındakı əlaqələr, o cümlədən Qafqaz, Orta Asiya, eləcə də Ukraynada vəziyyət də müzakirə edilib. Karasin Moskva və Tehranın beynəlxalq gərginliyin artdığı bir vaxtda, ikitərəfli əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını da xüsusi olaraq bildirib: “Müzakirə etdiyimiz məsələlər əhatəli olsa da, əsas diqqət iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı idi. Biz belə məsləhətləşmələri gələcəkdə də davam etdirəcəyik. Beynəlxalq gərginliyin artdığı bir zamanda fikir mübadiləsi aparmaq hər mənada faydalıdır” .
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info