Latviya ilə Rusiya arasında tikanlı məftildən hasar çəkiləcək
Tarix: 04.03.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Latviya-Rusiya sərhədində hasar çəkilməsi planlaşdırılır. Latviya Dövlət Sərhəd Xidmətinin rəisi Normund Qarbars jurnalistlərə bildirib ki, tikanlı məftildən çəkiləcək hasarın hündürlüyü ən azı 2,7 metrə bərabər olacaq. Belə hasarın üstündən tullanmaq heç də asan olmayacaq.
Dövlət Sərhəd Xidməti bu il sərhədin 24 kilometrlik hissəsində hasar çəkilməsi üçün 1,8 milyon avro məbləğində müqavilə bağlayıb. Ümumiyyətlə, sərhədin 92 kilometrlik hissəsində hasar çəkilməsi nəzərdə tutulur. Lakin inşaatçılar etiraf edirlər ki, 276 kilometrlik Rusiya-Latviya sərhədinin 193 kilometrində hasar çəkmək olar. Sərhədin qalan hissələrində hasara ehtiyac yoxdur, çünki həmin hissələrdəki təbii maneələr, məsələn, bataqlıqlar sərhədi qanunsuz keçməyə cəhd göstərən adamlara mane olacaq. Latviya Dövlət Sərhəd Xidməti yeni hasarın ilk hissələrini bu il baharda geniş ictimaiyyətə göstərə bilər. Xəbər verildiyi kimi, Latviya-Rusiya sərhədinin abadlaşdırılması üçün 17 milyon avro xərcləmək planlaşdırılır. Bu sahədə ilk işlər artıq başlanıb. Hasarın müəyyən yerlərində videomüşahidə kameraları və sensor sistemlər quraşdırılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info