Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilir
Tarix: 04.03.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Bakıda Prezidentin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq yaradılmış Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan ümumrespublika seminar-müşavirəsi işə başlayıb.
Seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak edirlər.
Yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə Apellyasiya Şurasının mahiyyəti, vəzifə və hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, digər məsələlər kifayət qədər dolğun və ətraflı təsbit edilib. Apellyasiya Şurası dövlətimizin başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.
Seminar-müşavirədə şuraların qarşısında duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib. Əsasnamənin və qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən hazırlanan metodiki təlimatların təqdimatı keçirilib.
Seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyətlərində yaradılmış şuraların fəaliyyəti üçün zəruri olan texniki-təşkilati, informasiya təminatı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Daha sonra tədbir qarşılıqlı diskussiya şəraitində davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info