“The Washington Times“ Qarabağ münaqişəsindən yazıb
Tarix: 04.03.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidentiSerj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”. Bu barədə "Caspian Group Holdings"in icraçı direktoru Rob Sobhaninin "The Washington Times" qəzetində dərc olunan məqaləsində deyilir.
 Yazıda qeyd edilir ki, ABŞ Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrlər instititunu formalaşdırmaqla, münaqişənin həllinə cavabdeh ölkələrdən biridir. “Moskva Ermənistanla özününkü kimi rəftar edir və Ermənistana hərbi yardım göstərərək münaqişənin uzanmasına səbəb olur. Vaşinqtonun isə Yaxın Şərqə başı çox qarışıb. Prezident Obama Ermənistan və Azərbaycan arasında daimi ədalətli həllin tapılması istiqamətində diplomatik təşəbbüs başladaraq hər iki tərəf üçün yeni başlanğıca imza ata bilər. Erməni soyqırımını tanıyan dövlətlərdən biri olaraq Fransa ABŞ-ın diplomatik təşəbbüslərinin dəstəklənməsində aparıcı rol oynaya bilər. Əslində Vaşinqton və Paris Ermənistanı qonşusu ilə davamlı sülhə çağıraraq vicdanlı vasitəçi rolunda çıxış edir".
 Müəllif qeyd edir ki, Ermənistan və Azərbaycan arasında kommersiya əlaqələri milyonların həyatına birbaşa təsir edə bilər. Onun sözlərinə görə, Obama hər iki liderlə Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qüvvələrini çıxaracaq bir plan üzərində işləməlidir: “Obama həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini inandırmalıdır ki, ABŞ onlara arxasını çevirməyəcək və işlək həll yolu hər iki xalqı qane edə, onların vətəndaşlarına sülh içində yaşamağa imkan verə və dünyanın ən çətin bölgələrindən birində yaxşı qonşular olmaq üçün etimadı gücləndirə bilər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info