Yaponiyanın Miyakocima şəhəri ölkəmizlə əməkdaşlıqda maraqlıdır
Tarix: 04.03.2016 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Yaponiyanın Okinava prefekturasının Miyakocima şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır. Bu fikir Miyakocima şəhər parlamentində “Cross Border Club”ın rəhbərliyi ilə keçirilən görüşdə səsləndirilib.
Görüşdə parlamentin üzvləri və Miyakocima şəhərinin iş adamları iştirak ediblər.
Əvvəlcə “Cross Border Club”ın prezidenti Kazuyasu İşida Azərbaycan, onun coğrafi mövqeyi, mövcud iqtisadi potensialı və son illər qazandığı uğurlar barədə məlumat verib. Bildirib ki, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün faydalıdır və bu münasibətlərin böyük potensialı var. Rəhbərlik etdiyi klubun Okinava prefekturası ilə Azərbaycanın regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə irəli sürdüyü təşəbbüsün prefektura və Miyakocima şəhər rəhbərliyi tərəfindən müsbət qarşılandığını qeyd edən K.İşida aprel ayında bu şəhərin nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.
Miyakocima şəhər parlamentinin sədri Tanahara Yoşiki Azərbaycanla Yaponiya arasında əməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Miyakocima şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda çox maraqlıdır.
Parlamentin üzvü Tominaqa Qengun Azərbaycana səfəri səbirsizliklə gözlədiklərini və iki ölkə arasında əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini bildirib.
Görüşdə K.İşidanın müəllifi olduğu “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Slovakiyanın ilk qadın prezidenti vəzifəyə başladı
16.06.2019
İran prezidenti və Qətər əmiri görüşdülər
16.06.2019
Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib
16.06.2019
‘Pәncә’’ әmәliyyatı davam etdirilir
16.06.2019
Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info