Apelyasiya Şurası sahibkarların şikayətlərinə baxmağa hazırdır Yenilənib
Tarix: 04.03.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq yaradılmış Apellyasiya Şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.
Yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, Apellyasiya Şuraları Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Apellyasiya Şuralarına çox vacib funksiyaları yerinə yetirilməsi həvalə olunub. Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan anti-korrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təcrübənin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcək.
Eldar Nuriyev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi məqsədilə Fərman qəbul olunduqdan dərhal sonra texniki-təşkilati tədbirlərin icrasına başlanılıb, işlərin sistemli və ardıcıl aparılması üçün Tədbirlər Proqramı təsdiqlənib.
“Qısa müddət ərzində şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və şuranın rəsmi saytının xəritəsi yaradılıb. Eyni zamanda, şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair Metodiki Təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib”, - deyə Eldar Nuriyev bildirib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası artıq sahibkarların şikayətlərinə baxmağa hazırdır. Son bir neçə gündə Şuraya xeyli sayda şikayətlər daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə, şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib. Qeyd edilən nöqsanların aradan qaldırılması, əhalinin maarifləndirilməsi, şikayətlərə baxılması qaydaları barədə məlumatlandırılması məqsədilə ölkədə fəaliyyət göstərən informasiya agentliklərində, qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində müsahibələr dərc olunub, şura üzvlərinin iştirakı ilə televiziya efirində “dəyirmi masa”lar təşkil olunub.
“Bununla belə şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirə iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirilməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər”, - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri vurğulayıb.
Qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib.
Seminar-müşavirədə qarşısında duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib. Əsasnamənin və qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən hazırlanan Metodiki Təlimatların təqdimatı keçirilib.
Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyətlərində yaradılmış şuraların fəaliyyəti üçün zəruri olan texniki-təşkilati, informasiya təminatı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Daha sonra seminar-müşavirə qarşılıqlı diskussiya şəraitində davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info