İsa Həbibbəyli: “İki ölkə arasında əməkdaşlığın davam etdirilməsi vacibdir”
Tarix: 04.03.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunun professoru Ziqlinde Hartmann və Auqsburq Universitetinin professoru Klaus Volfla görüş keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun tarixi, inkişaf yolu, başlıca elmi istiqamətləri barədə qonaqlara məlumat verib. İnstitut rəhbəri başçılıq etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirildiyini söyləyib. Qarşılıqlı maraq doğuran elmi fəaliyyət istiqamətlərindən danışan akademik İsa Həbibbəyli bu əlaqələrin ədəbiyyatşünaslıq elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini və böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan-Almaniya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, bu əlaqələrin daima inkişaf etdirildiyini nəzərə çatdıran akademik İsa Həbibbəyli iki ölkə arasında elmi-mədəni əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Professor Ziqlinde Hartman Germanistika İnstitutunun fəaliyyət istiqamətləri, prezidenti olduğu cəmiyyətin yaratdığı elmi əlaqələr, aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Alim elm sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsinin əməkdaşlığın davamlı inkişafına zəmin yaratdığını bildirib.
Auqsburq Universitetinin professoru Klaus Volf da öz növbəsində təmsil etdiyi ali təhsil müəssisəsində keçiriləcək beynəlxalq konfrans və qurultaylardan bəhs edərək Azərbaycan alimlərinin də bu tədbirlərdə iştirakının arzuolunan və məqsədəmüvafiq olduğunu vurğulayıb.
Görüş zamanı almaniyalı qonaqlarla bir sıra məsələlər ətrafında aparılan fikir mübadiləsində Nizami adına Ədəbiyyat institutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları S.Sadiyev, X.Zairova, C.Məmmədova və başqaları da iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info