Məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının sənədləri təqdim olunub
Tarix: 04.03.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Martın 4-də Saatlıdakı Gənclər Mərkəzində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın növbəti səyyar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan 129 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 3.348.507 manat məbləğində 222 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1.249.033,80 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Həmçinin “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə güzəşt məqsədilə elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, Xüsusi Komissiyanın sədri Mikayıl Nuriyev Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr barədə məlumat verib, ölkəmizdə sahibkarlara və məhsul istehsalçılarına göstərilən qayğıdan söhbət açıblar.
Diqqətə çatdırılıb ki, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 48 rayonunu əhatə etməklə 981 istifadəçiyə lizinqə verilmiş 1923 müxtəlif kənd təsərrüfatı texnikasına 11.295.091,04 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 576 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi təmin olunub.
Tədbirdə məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının onların mülkiyyətinə verilməsinə dair hüquqi sənədlər təqdim edilib.
Fermerlər və məhsul istehsalçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info