Sumqayıtda 5 min yeni iş yeri açılıb
Tarix: 04.03.2016 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Şəhərdə yenidənqurma işləri geniş vüsət alıb 
 

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son 6 ayda Sumqayıtda infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Yollar təmir edilir, yaşayış evlərinin fasadları üzlənir, dam örtüyü dəyişdirilir, yeni inzibati binalar tikilir. Bütün bunların nəticəsində şəhərdə 5 min yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən üçmərtəbəli 18 yaşayış binasının fasadları, eyvanları, dam örtükləri zövqlə təmir olunur. Artıq 4 binada işlər tamamlanıb. Ümumilikdə, indiyədək yaşayış evlərinin fasadına 15 min 500 kvadratmetr aqlay daş vurulub.
Hazırda 6, 9, 17 və 18-ci mikrorayonlardakı evlərin dam örtükləri dəyişdirilir və daha 100 binanın dam örtüyünün daxili imkanlar hesabına dəyişdirilməsi nəzərdə tutulub.
Sumqayıt Şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi plan çərçivəsində 9-cu mikrorayonda Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir. Dördmərtəbəli mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin büstü, dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoguşə, 400 nəfərlik akt zalı və muzey yaradılacaq. Mərkəzdə gənclər üçün diskussiya zalları, elektron kitabxana, linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərəcək, interaktiv tablolar quraşdırılacaq. Burada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də planlaşdırılır.
Heydər Parkında yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən şahmat və musiqi məktəbində də işlər sürətlə davam edir.
Uzun illərdən bəri təmir olunmayan Sumqayıt Dövlət Dram Teatrında da əsaslı təmir işlərinə başlanılıb. Teatrın dam örtüyü təzələnir, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılır. Əsaslı təmirdən sonra teatrın binası müasir görkəmdə tamaşaçıların istifadəsinə veriləcək.
Sumqayıtda yol-nəqliyyat infrastrukturu da müasirləşdirilir. Belə ki, artıq Sülh küçəsinin yenidən qurulmasına başlanılıb. Küçə boyunca “Göyərçin” abidəsinə doğru uzunluğu 3 kilometr 200 metr olan yol yatağının eni yenidən qurulduqdan sonra 22 metr olacaq. Aparılan təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının axıdılması üçün suötürücü küvetlər tikilir, qranit bardürlər düzülür. Burada müasir işıqlandırma sistemi quraşdırılacaq, piyada səkiləri inşa ediləcək, ətraf ərazilər abadlaşdırılacaq. Sülh küçəsinin genişləndirilməsi nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
Mikrorayon və məhəllədaxili yollar, eləcə də Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələrinin yolları da mərhələli şəkildə təmir olunur. Koroğlu küçəsinə paralel olaraq əsas və köməkçi yollarda köhnə bardürlər yeniləri ilə əvəz edilir.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info