“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb
Tarix: 04.03.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti vətəndaşların ən çox müraciət etdiyi elektron xidmətlərdən biridir. Cari ilin fevral ayında vətəndaşlar bu e-xidmətdən 14751 dəfə faydalanıb ki, bu da əvvəlki yanvar ayı ilə müqayisədə 11,2 faiz, ötən ilin fevral ayı ilə müqayisədə isə 39,3 faiz çoxdur.
2014-cü ilin sonlarında istifadəyə verilən “İş yerinə dair arayış” ” e-xidməti elə həmin vaxtdan da elektron arayış sistemində mühüm yer tutur və yalnız bu arayışı almaq istəyənlər üçün deyil, bu arayışların təqdim edildiyi təşkilatlar üçün xüsusi önəm kəsb edir. “İş yerinə dair arayış” e-xidməti vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaradır. İstənilən əmək müqaviləsi ilə çalışan vətəndaşın qeyd olunan arayışı almaq üçün işlədiyi müəssisənin aidiyyəti şəxsinə müraciət etməsinə və kağız formasında arayış almasına, beləliklə, müəyyən qədər vaxt və əziyyət sərf etməsinə ehtiyac qalmır Belə ki, “Elektron Hökumət” portalında autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçinin iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək kağız şəklində həmin quruma təqdim etmək imkanı var. Arayışın təqdim edildiyi təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilir.
Bu proses həm də bir sıra hallarda kağız formasında saxta arayışların verilməsinin, şişirdilmiş əmək haqlarının göstərilməsinin qarşısının alınmasında, ümumən kağız arayışların elektron arayışlarla əvəzlənməsində mühüm rola malikdir.
Qeyd edək ki, cari ilin 01 mart tarixinə olan məlumata əsasən vətəndaşlar istifadəyə verildiyi müddətdən “İş yerinə dair arayış” e-xidmətindən 253198 dəfə yararlanıblar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info