“The Korea Times” qəzetində ölkəmiz haqqında məqalə
Tarix: 04.03.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının nüfuzlu “The Korea Times” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc edilib. İki ölkə arasında oxşar tarixi və mədəni faktlardan söz açılan məqalədə Azərbaycanın Cənubi Qafqazda, Xəzər dənizi sahilində mineral ehtiyatlarla zəngin, dinamik inkişaf edən bir ölkə olduğu vurğulanır.
Müəllif Çoe Çonq-dae əminliklə yazır ki, iki ölkə arasında əlaqələrin əsası hələ qədim İpək Yolu vasitəsilə qoyulub. Buna sübut olaraq koreyalı və azərbaycanlı tədqiqatçıların Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə arxeoloji qazıntılar zamanı tapdığı əşyalarla eramızın ilk minilliyində Korea ərazisində mövcud olmuş Şilla imperiyası dövründə istifadə olunan əşyaların oxşarlığı göstərilir.
Məqalədə qeyd olunur ki, Azərbaycan ilə Koreya arasında tarixi, mədəni istiqamətdə bir çox oxşarlıqlar var, hər iki xalqın dili eyni qrupa- Altay dil qrupuna daxildir. Bundan başqa, Azərbaycanın müstəqilliyini bərpa edən zaman qarşılaşdığı çətinlikləri vaxtilə Koreya da yaşayıb. Müəllif bu baxımdan 1990-cı ilin Qanlı Yanvarında sovet qoşunlarının Bakıda dinc əhalini gülləbaran etməsi faktını xüsusi vurğulayır. Qeyd edir ki, yanvar hadisələri zamanı xalqın nümayiş etdirdiyi qəhrəmanlıq Azərbaycanın azadlığı yolunda mühüm addım oldu. Müəllif eyni taleyi Koreya xalqının 1919-cu ildə yapon istilaçılarına qarşı mübarizənin gedişində yaşadığını qeyd edir.
Çoe Çonq-dae məqaləsini Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin daha da dərinləşməsinə dair arzusu ilə bitirərək qeyd edir ki, iki ölkə mədəni mübadilə vasitəsilə dünyada sülhün təminatına daha çox töhfə verə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info