Ermənistan energetikası borc içində batır
Tarix: 04.03.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Elə bir gün yoxdur ki, Ermənistan saytlarında bu ölkənin borc problemləri ilə bağlı məqalələr verilməsin. Dünən də “armenianreport.com” saytı bu məsələyə aid maraqlı yazı yerləşdirib. Yazıda bildirilir ki, nəhayət Ermənistan hökuməti Dünya Bankından alacağı 30 milyon dollar məbləğində bədnam kredit borc xərclərinin proqramını elan edib. Verilən məlumata görə alınan borcun 70 faizi İrəvan İstilik Elektrik Stansiyasına, qalan məbləğ isə Ermənistan Atom Elektrik Stansiyasına veriləcək: ”Lakin maraqlısı budur ki, bu proqramda dəhşət doğuracaq bir neçə fakt da xüsusi olaraq qeyd edilir. Bu, ilk növbədə Ermənistanın enerji sistemində yığılmış böyük borclardır. Lakin borcların enerji müəssisələrinin iş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Məsələ bundadır ki, Ermənistan Atom Elektrik Stansiyası və «Vorotan kaskad HES» Qapalı Səhmdar Cəmiyyəti çətin maliyyə vəziyyəti ilə üzləşmələrinə baxmayaraq, «Vanadzor kimya sənayesi» Qapalı Səhmdar Cəmiyyəti və «Nairit» zavoduna 100 milyondan artıq borc veriblər. Belə görünür ki, hökumət bu şirkətlərin adı ilə yüksək kreditlər götürərək, "Nairit" zavodu və «Vorotan kaskad HES» Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin əmək haqqına ödəyib.
Hazırda məntiqi bir sual doğur, doğurdanmı, götürülən yüksək məbləğ göstərilən məqsədə ünvanlanıb? Bunu dəqiq söyləmək çətindir. Lakin görünən budur ki, kredit kimi götürülmüş 100 milyon dollar hər ay 600 mindən artıq faizlə «şişir».
Beləliklə, Ermənistan iqtisadiyyatında yaşanananlar onun energetika sahəsini də rəzil gününə qoyub. Belə görünür ki, hələ 2000-ci illərin əvvəllərində Ermənistan öz energetika sistemini Rusiyaya təslim edərkən gözləydiyi ümidlər doğrulmadı. Bunu ölkə iqtisadçıları da etiraf etməkdədirlər. Həmin ərəfədə Ermənistan belə bir addımı atmaqla ölkəyə Rusiyadan sərmayələr axacağına ümid edirdi. Yəni Ermənistan özünü xaricə enerji ixrac edəcək ölkə kimi görürdü. Lakin belə görünür ki, Ermənistanın energetika sahəsi artıq Rusiyanın maraq xaricindədir. Bəlkə də, Rusiyanın energetik şirkətləri Ermənistandakı bu səhəyə sərmayə yatırmaq üçün yetərli maliyyə gücünə malik deyillər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info