Bayram günlərində ölkəyə turist axını olacaq
Tarix: 05.03.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Novruz bayramı günlərində Azərbaycana xaricdən, xüsusilə İrandan gələcək turistlərin sayının artacağı gözlənilir. Bunu “Trend”ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. O qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana İrandan gələcək turistlərin sayı atracaq. N.Bağırov artıq çox sayda iranlı turist tərəfindən hotellərdə yerlərin bronlaşdırıldığını da söyləyib. AzTA sədri əlavə edib ki, Azərbaycana İrandan gələn qonaqların sayının artmasını nəzərə alaraq, Azərbaycan Turizm Assosiasiyası nəzdində yaradılan Ekskursiya Bürosu fars dilində də bələdçilər hazırlamağa üstünlük verməyə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın Moskvada və İstanbulda turizm nümayəndəliyinin fəaliyyətə başladığını xatırladan Assosiasiya sədrinin sözlərinə görə, Rusiya bazarının Azərbaycana marağı daha da artıb: “Artıq hiss edirik ki, Rusiya bazarının Azərbaycana marağı daha da çoxalıb. Son 1 həftə ərzində turizm şirkətlərinə Rusiyadan daxil olan sorğuların da sayı artıb. Novruz bayramı günlərində Azərbaycana gəlmək üçün artıq Qazaxıstan və Özbəkistandan da yerli turizm şirkətlərinə sorğular daxil olmağa başlayıb”.
N.Bağırov əlavə edib ki, Azərbaycan bazarına tələbat artdıqca yerli turizm şirkətləri arasında da rəqabət artır. Belə bir şəraitdə isə şirkətlər artıq standart deyil, fərqli turpaketlər hazırlamağa üstünlük verirlər.
AzTA sədri Azərbaycana gələn turistlər üçün turpaketlərin qiymətlərinin artıq çox əlverişli olduğunu söyləyib: “Onlar hesablaşmaları dollarla aparırlar. Manatın devalvasiyasından sonra onlar üçün çox sərfəli, ucuz qiymətlər yaranıb. Bütün turizm şirkətləri də bu fürsətdən istifadə etməlidir. Məsələn, Moskva bazarı üçün aviabilet, dördulduzlu hoteldə qalmaq, səhər yeməyi, aeroportdan hotelə, hoteldən aeroporta transfer də daxil olmaqla, bir nəfər üçün 1 həftəlik paketin qiyməti 400 dollara başa gəlir. Bu da bir o qədər baha deyil. Ancaq bundan da aşağı qiymətlər var”.
N.Bağırov qeyd edib ki, Azərbaycana gələn turistlər ilk növbədə Bakıya, daha sonra Qəbələ-Şəki və Quba-Qusar bölgələrinə səfər etməyə maraq göstərirlər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info