“TANAP qaz kəməri “Türk axını“ layihəsinin dondurulmasından qazanır”
Tarix: 05.03.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Rusiyanın lobbiçilik etdiyi "Türk axını" layihəsinin dondurulması tikilməkdə olan Trans-Anadolu (TANAP) boru kəmərinin əhəmiyyətini artırır”. Bunu “Trend”ə TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib. Onun sözlərinə görə, TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək, bunun 6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə Aİ ölkələri alacaq: "Zərurət yaranarsa, Türkiyə, həmçinin TANAP üzrə Azərbaycan qazının alışını 21 milyard kubmetrədək artıra bilər".
TANAP rəhbəri Türkiyə ərazisindən keçən boru kəməri üzrə Türkmənistan və İrandan qazın nəqli üçün heç bir maneə görmür. Onun fikrincə, bu, yanaşı infrastrukturun tikilməsi və müvafiq müqavilələrin imzalanması halında mümkün olacaq. S.Düzyol əlavə edib ki, dünya bazarında neftin qiymətinin nəzərə çarpacaq dərəcədə azalması və qaz qiymətlərinin müvafiq indeksasiyası TANAP layihəsinin iqtisadiyyatına təsir etməyəcək: "Neft qiymətlərinin ucuzlaşması məhsul və xidmətlərin qiymətinin azalmasına gətirib çıxardı, tədarükçülər arasında rəqabəti gücləndirdi. Bu, layihənin ucuz başa gəlməsinə gətirib çıxaracaq".




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info