BMT Avropada mühacir böhranının dərinləşməsindən narahatdır
Tarix: 05.03.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Avropanın müflis ölkəsi olan Yunanıstanda mühacirlərin sayı gündən- günə artmaqdadır. Bu ilin yanvar ayından Yunanıstana hər gün təxminən 2 min mühacir gəlir. Bu ölkəyə 2015-ci ilin yanvarından bu yana daxil olan mühacirlərin sayının martın sonunda 1 milyona çatacağı gözlənilir.
Yunanıstanda mühacirlərin çox olmasının səbəblərindən biri digər Avropa ölklərindən mühacirlərin Yunanıstana geri göndərilməsidir. BMT-nin Ali Komissarı Zeyd Raad Hüseyn deyib ki, mühacirləri Balkan yolunda olan Avstriya, Sloveniya, Xorvatiya, Serbiya və Makedoniyadan Yunanıstana doğru deportasiya edirlər: “Beş Avropa ölkəsinin mühacirlərlə bağlı siyasətindən narahatıq. Bu dövlətlər mühacirləri sərhədlərindən içəri buraxmamaqla insan haqlarının pozur və mühacir böhranını dərinləşdirirlər”. Beynəlxalq Miqrasiya Təşkilatına görə təxminən 130 min miqrant dəniz yolu ilə Yunanıstan və İtaliyaya daxil olub. Bu səfərdə 418 adam ya həyatını itirib, ya da itkin düşüb. Ölü sayının keçən ilə nisbətdə azaldığı deyilir. 2015-ci ilin ilk 9 ayında 77 uşaq Egey dənizində həyatını itirib. Xatırladaq ki, mühacirlərin hədəfindəki ilk ünvan Almaniya idi. Ancaq Almaniya kansleri Angela Merkel 8 fevralda Ankarada Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşərək mühacirlərin Türkiyədə qalmasını istəyib. Üç gün sonra NATO Egey dənizində nəzarət və qarovul əməliyyatlarına başlayıb. NATO-nun baş katibi Jens Stoltenberg bildirib ki, bu əməliyyat mühacirləri geri çevirmək məqsədi üçün başlamayıb: “Məqsəd insan alverçilərini və cinayətkar şəbəkələri dayandırmaqdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info