Çin Bankı “Qazprom”a 2 milyard avro kredit ayırdı
Tarix: 05.03.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Qərbin sanksiyalarına baxmayaraq, Rusiya şirkətlərinə investisiya yatırılır
Rusiya qaz nəhəngi “Qazprom” Çin Bankında özü üçün 2 milyard avro kredit təmin edib. Bu isə Rusiya şirkətinin tarixində ən böyük istiqraz kimi xarakterizə olunur. Bu, həm də onun göstəricisidir ki, Qərb sanksiyaları Rusiyanın Çindən iqtisadi asılılığını artırmaları fonunda Rusiya belə bir addımı atıb.

“The Wall Street Journal” bu barədə yazır. “Qazprom”un məlumat verdiyinə görə, bu, Çin investisiyasının Rusiya neft-qaz sektoruna yatırılması ilə bağlı ən yeni xəbərdir. Jurnalistlər Ceyms Marson və Andrey Ostroux məlumat verirlər ki, bir sıra rus şirkətlərinə uzunmüddətli dollar kreditlərinin verilməsini qadağan edən Qərb sanksiyalarının yaratdığı çətin bir şəraitdə bu kreditin əldə olunması önəm ksəb edir. O da bildirilir ki, “Qazprom” Qərbin sanksiya tətbiq etdiyi rus şirkətləri siyahısında yer almır. Buna baxmayaraq, əslində ona da Qərb kapital bazarına çıxış kəsilib.
Nəşr qeyd edir ki, çərşənbə günü Rusiyaya qarşı ABŞ sanksiyalarının daha bir il artırılması barədə qərar qəbul edilib.
“Qazprom”un krediti ilə bağlı məlumatı ona hesablanıb ki, Rusiya şirkətlərinin hələ də kredit cəlb etmək gücündə olduğu bilinsin. Sanksiyalara baxmayaraq, Rusiya şirkətlərinə investisiya yatırılır.
“Alfa Bank”ın baş iqtisadçısı Natalya Orlovanın sözlərinə görə isə Çin banklarının tamamilə dünya kapital bazarını əvəzləyəcəyini gözləməyə dəyməz.
“Qazprom” beşillik kreditin şərtlərinin detallarını açıqlamayıb. O da qeyd edilir ki, bu kredit məbləği şirkət üçün o qədər də böyük rəqəm deyil və bir il öncə şirkət bundan 10 dəfə böyük investisiya proqramına malik olub.
Bu isə Çinin nüfuzunu qaz qiymətlərinə yenidən baxış məsələsində bir az da artıra bilər. Bu qazın Çinə nəqli onilliyin sonuna doğru başlayacaq. Bu barədə isə RusEnergy konsaltinq şirkətində partnyor Mixail Krutixin bildirib. O, daha sonra əlavə edib: “Çin pusquda durub gözləyir ki, Rusiya şirkətləri nə zaman çətin vəziyyətə düşəcək və sonra o, həmin şirkətləri öz xüsusi şərtləri əsasında xilas edir”.
Xatırladaq ki, bir müddət öncə belə bir şayiə yayılmışdı ki, Çin Rusiya şirkətlərinə kreditlər verməkdən imtina edir. Bəzi tərəflər bunu iki dövlət arasında əlaqələrin guya o qədər də möhkəm və dayanıqlı olmaması kimi yozurdular. Amma son zamanlar Rusiya şirkətlərinə Çin maliyyə qurumları tərəfindən verilən bu cür uzunmüddətli kreditlər göstərir ki, iki dövlət arasında əməkdaşlığın möhkəm olmaması barədə deyilənlər əsassızdır. Hər iki tərəf qarşılıqlı iqtisadi tərəfdaşlığı uzunmüddətli perspektivdə inkişaf etdirməkdə maraqlı olduqlarını sərgiləyirlər.
İ.AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info