Gürcüstanla qaz nəqlinə dair dörd sənəd imzalanıb
Tarix: 05.03.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Kaladze: “Azərbaycandan nəql olunan qazın həcminin artırılmasından sonra İrandan qaz nəql etməyə ehtiyac yoxdur”
Dünən Tbilisidə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında Azərbaycandan Gürcüstana təbii qazın nəqli ilə bağlı 4 sənəd imzalanıb. Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.
Birinci sənəd qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir. İkinci sənəd isə qaz alğı-satqı müqaviləsinə dəyişikliklərin edilməsi haqqındadır. Bu sənədə aid həm də öhdəliklərin icrası barədə “Zəmanət öhdəliyi” də imzalanıb. Digər sənədlər isə hüquqların ötürülməsi və qaz alğı-satqısı barədədir. Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasından sonra İrandan qaz nəql etməyə ehtiyac yoxdur: "Biz Azərbaycanla paralel İran tərəfi ilə də danışıqlar aparırdıq. Nəzəri cəhətdən İrandan qaz idxal etmək mümkündür. Lakin indiki durumda buna heç bir ehtiyac yoxdur". Qeyd edək ki, imzalanan müqavilələrə əsasən, Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq. Sənədlərə əsasən, SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açılıb. Kvirikaşvili Azərbaycandan Gürcüstana nəql olunacaq qazın həcminin artırılmasına dair aparılan danışıqların müsbət nəticə verməsini yüksək qiymətləndirib: "Biz çox şadıq ki, danışıqlar uğurla başa çatıb. Belə nəticəyə gəldik ki, bizim strateji tərəfdaşlığımız davam edəcək və gələcəkdə daha da möhkəmlənəcək". Bundan başqa, səfər çərçivəsində SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn R. Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR prezidentinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə "SOCAR Georgia Petroleum"un bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info