Göyçayda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb
Tarix: 07.03.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu gün Göyçay rayonunda infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Göyçay şəhərində bir ildən çoxdur ki, aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda şəhərin küçələri, məhəllə daxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanır, piyada səkiləri təmir edilir, hasarlar rənglənir, yeni işıqlandırma dirəkləri quraşdırılır, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilir, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilir, giriş blokları və pilləkənlər təmir edilir. Küçələrin kənarında və binaların qarşısında səliqə-səhman yaradılır, ağac və gül kolları əkilir.
Qeyd edək ki, Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli yaşayış binasının əsaslı təmiri məqsədilə Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb. Hazırda həmin vəsait hesabına şəhərdəki binaların yararsız dam örtüyü yenilənərək müasir tipli metal örtüklə əvəzlənir. Tədbirlər planına uyğun olaraq 8 beşmərtəbəli, 2 dördmərtəbəli, 2 üçmərtəbəli və 9 ikimərtəbəli binanın 20 min kvadratmertlik dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulur. İndiyədək 14 min kvadratmetrlik yararsız dam örtüyü yenidən qurulub.
Ötən iki ay ərzində rayonda 7 minə yaxın ağac əkilib. İndiyədək 6 beşmərtəbəli, 3 dördmərtəbəli və 6 ikimərtəbəli binanın fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, pəncərələr dəyişdirilib. İşlərin qısa zamanda başa çatması üçün çoxlu sayda texnika və işçi cəlb olunub.
Son bir ildə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Yeniarx, Bığır, Mirzəhüseynli, Türkmən və Alpout kəndlərində modul tipli sutəmizləyici qurğuların inşası yekunlaşıb. Hazırda isə Qəbələ-Müskürlü, Mallı-Şıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır. Şəhərin Heydər Əliyev prospektində, Natəvan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri başa çatdırılıb, digər küçələrə 250 min kvadratmetr ərazidə yeni asfalt örtüyü döşənib.
Həmçinin ötən bir il ərzində YAP Göyçay rayon təşkilatı, gənclər mərkəzi, regional kənd təsərrüfatı idarəsi, bayraq muzeyi və uşaq-musiqi məktəbi, Qızılağac və Alpout kəndlərində həkim məntəqələri üçün yeni inzibati binaların tikintisi, Heydər Əliyev Mərkəzinin qarşısında müasir parkın salınması, Yuxarı Şirvan kanalı üzərində “Göyçay-1” SES-in inşası, Göyçay Mərkəzi Rayon Xəstəxanasının, şahmat məktəbinin, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin əsaslı təmiri işləri yekunlaşıb. Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Alxasava və Aşağı Qaraməryəm kəndlərinə təbii qaz verilişi bərpa edilərək rayon üzrə “mavi yanacaq”la təmin olunan yaşayış məntəqələrinin sayı 30-a çatdırılıb, daha 11 kənddə yeni qaz xətlərinin çəkilişinə başlanılıb. Muğanlı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin tikintisi tamamlanıb, 19,2 kilometr uzunluğu olan Göyçay-Ucar avtomobil yolu əsaslı təmir edilib. Mallı-Şıxlı-Ərəğşahverdi, Müskürlü-Qəbələ Müskürlü və Qarabaqqal-Hacalıkənd kəndlərarası avtomobil yolları yenidən asfaltlanaraq əhalinin istifadəsinə verilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info