Zəhmətdə, hünərdə kişilərdən geri qalmayan metropolitençi qadınlar
Tarix: 07.03.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə «Bakı Metropoliteni» QSC də xüsusi təbriklərini hazırlayıb. Qadın əməyini daim uca tutan «Bakı Metropoliteni»nin xanımlar üçün yaydığı təbrik müraciətində deyilir:
“Qadının Azərbaycan cəmiyyətində tutduğu mövqe tarixən yüksək olub. Onlar təkcə doğma ocağımızı isitmir, övladlarımızın tərbiyəsində əsas rol oynamır, həmçinin cəmiyyətdə müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə çalışıb, zəhmətkeş əməkləri ilə daim yüksəliblər.
Bu gün paytaxtımızın yeraltı sərnişin nəqliyyatında insanlara göstərilən xidmətin əsas yaradıcıları arasında da qadınlar xüsusi yer tutur. Kollektivdə 1600-dən artıq qadın çalışır. Zəhmətdə, hünərdə kişilərdən heç də geri qalmayan metropolitençi qadınlar sərnişindaşıma prosesinin ən məsul sahələrində əzmkarlıq, fədakarlıq nümunəsidirlər.
Qadın əməyini daim uca tutan «Bakı Metropoliteni» QSC-nin kollektivi bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, səadət və uğurlar arzulayır.
Bayramınız mübarək, əziz qadınlar!”
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info