“Azəryolsevis”in “Tatra servis mərkəzi” fəaliyyətə başlayıb
Tarix: 07.03.2016 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən “Tatra servis mərkəzi” fəaliyyətə başlayıb.
Bu barədə “Azəryolservis” ASC-dən məlumat verilib.
Mərkəzin rəsmi açılış mərasimi keçirilib. Açılışda “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.
S.Məmmədov ilk öncə mərkəzin inzibati binasında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait var. Otaqlar lazımi avadanlıqla təchiz edilib.
İnzibati binada kiçik iclas zalı da yaradılıb. Bundan başqa binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.
Sonra mərkəzin təmir sexlərinə və yardımçı sahələrə baxış keçirilib.
Sexlər və yardımçı sahələr Çexiya istehsalı olan yükü özüboşaldan “Tatra” markalı maşınlarının təmiri, həmçinin texniki qulluğu üçün bütün lazımi alət və müasir dəzgahlarla təchiz edilib.
Burada çalışan bütün işçilərin əmək şəraiti yüksək səviyyədə təşkil olunub, təhlükəsizlikləri təmin olunub. Mərkəzdə eyni anda 10 ədəd yükü özüboşaldan “Tatra” markalı maşınlarının təmiri və texniki qulluğu həyata keçirilə bilir.

“Tatra servis mərkəzi”ndə təmir zamanı istifadə oluna biləcək orijinal ehtiyyat hissələrinin saxlanıldığı anbar, işçilər üçün paltar dəyişmə və ilkin tibbi yardım otaqları, yeməkxana var.
İşsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə mərkəzdə 10-larla işsiz qəsəbə sakini müvafiq işlə təmin olunublar. Belə ki, mərkəzdə təxminən 50 nəfər işçi çalışır və əksəriyyəti də yerli qəsəbə sakinləridir.
Qeyd edək ki, “Tatra servis mərkəzi” Çexiya Respublikasının “SaZ s.r.o.” şirkəti ilə “Azəryolservis” ASC arasında imzalanmış müqavilə əsasında inşa edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info