“Gürcüstanla əlaqələrimiz strateji əməkdaşlıqdan daha üstün səviyyədədir”
Tarix: 07.03.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixail Canelidzeni qəbul edib. 
Görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub. 
Geniş tərkibli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə danışılıb, onun Şərqlə Qərb arasında regional əlaqəni təmin edən bir xətt olduğu bildirilib.
Görüşdə ikitərəfli münasibətlərdən də danışılıb. “Bizim Gürcüstanla əlaqələrimiz strateji əməkdaşlıqdan daha üstün səviyyədədir”, - deyə nazir Elmar Məmmədyarov qeyd edib. O həmçinin bildirib ki, Azərbaycanla Gürcüstan arasında dərin strateji tərəfdaşlıq mövcuddur. Nazir bildirib ki, enerji sahəsində əməkdaşlıq dərin və genişdir: “Biz enerjidən başqa nəqliyyat məsələlərinə də toxunduq. Gürcüstanda olanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti sahəsinə getmişdik. Bu dəhliz çox önəmlidir, Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur. Layihə iki ölkə iqtisadiyyatının güclənməsinə və əməkdaşlığa təkan verəcək”. 
Nazir qeyd edib ki, görüşdə sərhəd xəttinin delimitasiyası və turizm sahəsində əməkdaşlığa da toxunulub: “Azərbaycan və Gürcüstan bərabər turizm məsələsində iş qura bilər. Delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan 314 km-i razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyin hüquqi bazasını müzakirə etdik. 11 sənəd barədə danışıqlar gedir. Onlardan 2-si, 3-ü razılaşdırılıb. Bu yaxınlarda Azərbaycanla Gürcüstan arasındakı müştərək komissiyanın görüşü də keçirilməlidir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10755

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info