Prezident Gürcüstanın xarici işlər nazirini qəbul edib
Tarix: 07.03.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev martın 7-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
Mixeil Canelidze Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söylədi.
Ölkələrimizin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd etdi. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlətimizin başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırladı. Əməkdaşlığımızın fəal şəkildə davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələrimiz arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info