“Macarıstanla investisiya, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlıq edə bilərik”
Tarix: 07.03.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Azərbaycan-Macarıstan biznes forumu keçirildi


Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın sənaye, kənd təsərrüfatı, İKT, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib. Biznes forumda çıxış edən İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, keçirilən görüşlərin, imzalanmış sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiya əməkdaşlığın inkişafında əhəmiyyətli rola malikdir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahə də daxil olmaqla 40-a yaxın sənəd imzalanıb. Bununla belə, müqavilə-hüquqi bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bakı-Budapeşt-Bakı reysi üzrə bu ilin mart ayından etibarən uçuşların bərpa edilməsi üzrə razılığa gəlinib. Bundan başqa, səhiyyə, turizm, İKT, kənd təsərrüfatı, su təchizatı və nəqliyyat infrastrukturu sahələrində də əməkdaşlığımız uğurla davam edir. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat verən Şahin Mustafayev qeyd edib ki, bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan və Macarıstan qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlıq edə bilərlər. Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto Macarıstanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır. Bu yaxınlarda Bakı və Budapeşt arasında birbaşa uçuşlara başlanması dövlət başçılarının birgə səylərinin nəticəsidir. Bugünkü biznes-forumda çoxlu sayda iş adamının iştirak etməsi də əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Piter Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanları qeyd edib, investisiya qoyuluşu, İKT və xidmət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, su təchizatı, kənd təsərrüfatı sahələri də əməkdaşlıq üçün mühüm istiqamətlərdir. Biznes-forum çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmiş, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info