Qadınlarımızın ictimai-siyasi həyatda fəallığı daha da artır
Tarix: 07.03.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Qadınlar Şurası 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə birgə bayram tədbiri keçiriblər.
AZƏRTAC xəbər verir ki, YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov tədbirdə çıxış edərək qadınların həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malik olduqlarını bildirib. O vurğulayıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini söyləyib. Bildirib ki, qadınlar bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar.
Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycanda qadınların hüquq bərabərliyinin tam təmin olunduğunu söyləyib. O, ölkə rəhbərliyinin qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verdiyini vurğulayıb.
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və başqaları qadınlara göstərilən yüksək səviyyəli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Xəzər rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info