Qax rayonunun fəal qadınları mükafatlandırılıb
Tarix: 07.03.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan qadını əsrlər boyu milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, övladlarımızın doğma Vətənə məhəbbət ruhunda yetişdirilməsi kimi şərəfli vəzifəni öhdəsindən layiqincə gəliblər. Bu gün Azərbaycan qadını dövlət quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə geniş təmsil olunur, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də Qax şəhərində keçirilən bayram tədbirində səsləndirilib.
Rayonun rəhbər işçilərinin, müxtəlif əmək kollektivlərində çalışan fəal qadınların iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin cəmiyyətdə qadının rolunun artmasına xüsusi diqqətlə yanaşdığı, onlara böyük etimad vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması zərif cinsə qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, Qax rayonunun qadınları da fəallıqları ilə seçilir, ictimai-siyasi və mədəni həyatda yaxından iştirak edirlər. Rayon qadınlarından 57 nəfəri yerli icra və bələdiyyə orqanlarında təmsil olunur. Onların arasında bələdiyyə sədrləri, icra nümayəndəsi, idarə, müəssisə və təşkilat rəhbəri var. O cümlədən 55 qadın məktəb direktoru vəzifəsində çalışır. Bundan əlavə, onlarla qadın fəxri adlara layiq görülüb, medallarla təltif olunub.
Tədbirin sonunda rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info