Türkiyə və ABŞ məxfi əlaqələndirici mərkəz yaradıb
Tarix: 07.03.2016 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Türkiyə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ölkənin digər xüsusi xidmət orqanları ilə təmaslarını dərinləşdirərək məxfi əlaqələndirici mərkəz yaradıb. Bu barədə "The Washington Post" qəzeti xəbər verir.
Son il ərzində Türkiyə ərazisindən terroristlərin tranziti ilə mübarizə sahəsində geniş iş aparıb. İri hava limanları və nəqliyyat tranzit mərkəzlərində xüsusi agentur müşahidə qrupları yaradılıb, Suriya sərhəddində isə yeni baryerlər tikilib. Yeni gələn və "İslam dövləti" ilə əlaqələrdə şübhəli bilinən qaçqınları nəzarətdə saxlamaq üçün aidiyyatı orqanların səlahiyyəti genişləndirilib.
Terrorizmlə mübarizə məsələlərini müzakirə etmək üçün MKİ-nin sədri Con Brennan Ankaraya bir necə dəfə səfər edib. Onun son səfəri bu ilin yanvar ayında olub. Bunun nəticəsi kimi, MKİ və Türkiyə kəşfiyyatı (MİT) tərəfindən Suriya sərhəddinə yaxın məxfi əlaqələndirici mərkəz yaradılıb.
Qazet qeyd edir ki, iki ölkə xüsusi xidmət orqanlarının partnyorluğu terrorizmlə bağlı adi əməkdaşlıqdan kənara çıxır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info