Yolların kənarlarına 25 mindən artıq ağac əkildi
Tarix: 07.03.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı mühüm məsələlərdən biridir.
Bu məqsədlə, cəmiyyət tərəfindən ölkə boyu yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir.
Bu çərçivədə “Azəryolservis” ASC-nin Hacıqabul, Salyan, Şəki, Tovuz, Ağstafa və Bərdə rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən yaşıllaşdırma tədbriləri davam etdirilir. Ağacəkmə aksiyalarına yüzlərlə işçi və onlarla maşın-mexanizm cəlb edilib. Keçirilən tədbirlər zamanı ərazi kənar əşyalardan təmizlənir, quyular qazılır və ağaclar əkilir. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılır.
Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir, Gəncə-Şəmkir, Şəmkir-Tovuz və Tovuz-Ağstafa hissələrinin kənarlarına, həmçinin  Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan və Biləsuvar rayonlarının ərazisindən keçən hissəsinin mühafizə zolaqlarına 18 min ədəd müxtəlif növ ağacların əkilməsi işləri aparılıb və hazırda da davam etdirilir.
Bundan başqa Gəncə-Samux və Yevlax-Bərdə avtomobil yollarının kənarlarına 5 min ədəd, Şəki, Qax, Balakən, Zaqatala, Oğuz sahələrinə isə ümumilikdə 3 min ədəd müxtəlif növ ağaclar əkilib.
Qeyd edək ki, əkilən ağaclar “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahələrində yetişdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
16.11.2018
“Azəriqaz”: İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək
16.11.2018
SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info