Hərbi qulluqçular üçün yaşayış kompleksi istifadəyə verilib
Tarix: 07.03.2016 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda inşa olunmuş yeni yaşayış kompleksinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin növbəti təzahürü olub.
Yaşayış kompleksinin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev dövlət sərhədlərimizin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər barədə danışıb, hərbi qulluqçuların mənzil təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin daimi diqqət mərkəzində olmasını vurğulayıb.
Hərbi qulluqçulara xidməti mənzillərin orderlərini təqdim etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev yaşayış şəhərciyində yaradılmış şəraitlə tanış olub, yeni tikilmiş yaşayış binasına baxış keçirib, sərhədçi ailələri ilə söhbət edib.
Sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən beşmərtəbəli bina iki, üç və dörd otaqlı 38 mənzildən ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin edilmiş, binada müasir avadanlıq və alətlərlə təmin olunub geniş idman zalı yaradılıb.
Yaşayış şəhərciyində mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb. 3500 kvadratmetr ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, müxtəlif ağac, gül kolları əkilib, istirahət guşələri yaradılıb, 4000 kvadratmetr əraziyə asfalt örtük döşənib.
Voleybol və mini futbol meydançası olan geniş idman şəhərciyi və uşaqlar üçün yaradılmış əyləncə guşəsi lazımi avadanlıqlarla təmin edilmiş, kompleksin fasiləsiz su və istilik təminatı üçün tədbirlər görülüb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info