“İrəli” və İNDEX “Xaricdən milli baxış” mövzusunda forum keçirib
Tarix: 07.03.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən Forumda 19 ölkədən 20 gənclər təşkilatının nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Forumu açan “İrəli” İctimai Birliyinin məsul əməkdaşı Anar Qurbanov təqdim olunan layihənin məqsədləri barədə məlumat verib. Bildirib ki, bu layihənin əsas məqsədi Azərbaycandan kənarda yaşayan və təşkilatlanmış fəal Azərbaycan gənclər təşkilatlarını bir araya gətirmək və beynəlxalq aləmdə ölkəmizlə bağlı görülən işlərin səmərəsini daha da artırmaqdır. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Türkiyənin Sənaye və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Yavuz Fəttahoğlu, Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İNDEX-in baş katibi Əli Məmmədov, “İrəli” İctimai Birliyinin sədri, “Xaricdən milli baxış” layihəsinin ideya müəllifi Mirhəsən Seyidovun çıxışları dinlənilib. Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri barədə məlumat verərək deyib ki, gənclər hər bir cəmiyyətdə aparıcı qüvvədir. Azərbaycanın xaricdə daha yaxşı tanınmasında, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə böyük vəzifə düşür. “Xaricdən milli baxış” layihəsi Azərbaycan gənclər təşkilatlarının bu istiqamətdə fəaliyyətinə böyük töhfə verəcək. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun fəaliyyətə başladığı dövrdən bəri gördüyü işlərdən, həyata keçirilmiş layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanda ideya və təşəbbüslərin ortaya çıxması və gerçəkləşməsi üçün əlverişli şərait var. Türkiyənin Sənaye və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Yavuz Fəttahoğlu MÜSİAD ilə “İrəli” arasındakı münasibətlərin Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı əlaqələrinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, Azərbaycan gəncləri xaricdə ölkəmizi uğurla təmsil edirlər. Xaricdəki gənclərimiz media sahəsində də imkanlarını səfərbər etməli, təmsil olunduqları ölkələrdə yerli KİV-lə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsinə diqqət verməlidirlər. İNDEX-in baş katibi Əli Məmmədov bildirib ki, təqdim olunan layihə Azərbaycan gənclərinin səmərəli fəaliyyəti, gənclər təşkilatları arasında əlaqələrin qurulması baxımından önəmlidir. O qeyd edib ki, layihə çərçivəsində keçiriləcək iclaslarda Azərbaycan gəncliyinin ictimai fəaliyyətinin səmərəliliyinin artırılması üçün mühüm qərarlar qəbul ediləcək. “İrəli” İctimai Birliyinin sədri, “Xaricdən milli baxış” layihəsinin ideya müəllifi Mirhəsən Seyidov rəhbərlik etdiyi təşkilatın ötən dövrdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. O qeyd edib ki, layihə xarici ölkələrdə təmsil olunan Azərbaycan gəncləri və onları özündə birləşdirən təşkilatların ölkəmizin və xalqımızın ümumi maraqlarını əks etdirən bütün ictimai-siyasi proseslərə daha yaxından cəlb edilməsinə təkan verəcək. Çıxışlarda diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində fəallıq göstərir və əhəmiyyətli nailiyyətlər qazanırlar. Azərbaycanın məqsədyönlü gənclər və təhsil siyasəti xarici ölkələrdəki mövqelərimizin güclənməsinə öz təsirini göstərməkdə davam edir. Diqqətə çatdırılıb ki, ölkəmiz və xalqımız üçün əhəmiyyət daşıyan ideyaların gercəkləşməsində Azərbaycan gənclərinə zəruri şərait yaradılıb. Xüsusilə XX əsrin əvvəllərindən başlayaraq ölkəmizə və xalqımıza qarşı çirkin kampaniyalar aparan erməni diaspor təşkilatlarının və lobbiçilərinin qarşısını almaq üçün xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin üzərinə mühüm məsuliyyət düşür. “Xaricdən milli baxış” layihəsinin əsas məqsədlərindən biri də gənclərimizin imkan və bacarıqlarını məhz bu istiqamətdə səfərbər etməkdir. Forum martın 7-də başa çatıb.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info