İnsan haqları qrupları Avropa Birliyini qaçqınlarla bağlı məsuliyyətdən qaçmaqda ittiham edir
Tarix: 07.03.2016 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


“Amnesty International”: “Avropanın qaçqınları qorumaqla bağlı mütləq yerinə yetirməli olduğu vəzifə var”

Avropa Birliyi ilə Türkiyənin Avropaya miqrant axını məsələsini həll etməsi ilə bağlı Brüsseldə görüşü Avropa üçün vacib əhəmiyyət daşıyır. “The Guardian” bu barədə yazır. Avropa Birliyi liderləri Türkiyəni Egey dənizidndən Avropaya keçməsinin qarşısını almağa və onları “təhlükəli səyahətdən” saxlamağa çağırırlar. Qeyd edilir ki, hər gün 1000-2000 arası insane Yunanıstan sahillərinə çıxır, indiyə qədər 35 min nəfər miqrant ölkədə ilişib qalıb, onlar sərhəddəki maneələr üzündən şimaldakı Avropa ölkələrinə keçə bilmirlər. Avropa ümid edir ki, Ankara Avropaya sığınacaq üçün uyğun olmayan əfqan, mərakeşli və pakistanlıların axınının qarşısını alacaq. Ötən həftə 300 nəfərdən çox insan Yunanıstandan Türkiyəyə yola salınıb. Avropa Birliyi rəsmiləri indiyə qədər Türkiyənin miqrant keçidinin qarşısını almaqda “uğuruzluğa uğradığını” səbisizliklə bildiriblər. Türkiyə isə Avropanın bununla bağlı maliyyələşmə məsələsini dilə gətirir Avropa Birliyi miqrant probleminin həllinə yönəlik 3 milyardlıq çek imzalasa da, bu maliyyələşmə qaçqınlara yardım layihəsinə çevrilməyib.
Yunanıstanın baş naziri Aleksis Çipras isə bildirib ki, Avropa çox əsəbi bir böhran arasındadır, güman ki, bu, siyasi zəifklikdən irəli gəlir`”.
Bu vaxt isə insan haqları qrupları Avropa Birliyini, Türkiyəyə bel bağlamaqla, müharibədən qaçan insanların taleyi ilə bağlı məsuliyyətini azaltmağa çalışmaqda ittiham edib. “Amnesty International” isə bildirib ki, qaçqınların Türkiyədən Suriyaya zorla göndərilməsi qanunaziddir: “Türkiyəni “üçüncü təhlükəsiz ölkə” kimi istifadə etmək absurddur. Qaçqınların çoxu dəhşətli şərtlər altında yaşayır. Onların bir çoxu Suriyaya deportasiya olunub. Bəziləri isə Avropa sərhədlərini keçmək istərkən, təhlüəsizlik qüvvələri tərəfindən güllələnib. Avropanın qaçqınları qorumaqla bağlı mütləq yerinə yetirməli olduğu vəzifə var. Türkiyədə yaşayan qaçqınlar Avropada məskunlaşdırılmalıdır. Bu son dərəcə zəruridir”.
Xüsusilə qeyd edilməlidir ki, bu gün məhz Qərbin müəlllifi olduğu, Avropa liderlərinin layihələndirdiyi “ərəb baharı” nəticəsində Liviya, Suriya, İraq və digər Yaxın Şərq ölkələri, həmçinin, Əfqanıstan kütləvi insane tələfatına, qırğına, müharibəyə, yoxsulluq, fəlakət və aclığa məruz qalıb, xarabazara çevriliblər. Nəticədə, bu cür ölkələrin olan-qalan sakinləri də ölkələrini tərk edib, qaçmaq, sağ qalmaq üçün vətənlərindən didərgin düşmək məcburiyyətinə düşüblər. Onlar digər ölkələrə, xüsusən də indiyə qədər “demokratiya vəd edən” Avropaya üz tuturlar. Amma bəlli olur ki, insan haqlarından dəm vuran, “demokratgiya” adı altında elə bu Şərq ölkələrinin xarabazara çevrilməsinin müəllifi olan Avropa, indi həmin ölkələrin sağ qalan insanlarının da taleyinə laqeyd yanaşır və ya onların Aralq dənizində gəmilərlə kütləvi şəkildə batmasına, Avropa sərhədlərini keçərkən güllələnməsinə, məhrumiyyətlər içində ölümə tərk edilməsinə qıraqdan soyuqqanlı şəkildə tamaşa etməyi üstün tutur. Avropanın, belə görünür ki, bu miqrantların problemlərinin həll edilməsi ilə bağlı heç bir xüsussi istəyi və iradəsi yoxdur. Özlərinin yaratdıqları insane fəlakətini aradan qaldırmaq barəsində düşünmürlər, əksinə, bu fəlakətin daha da ağırlaşmasına, dənizdə qaçqınların küləvi şəkildə boğulmasına, digər ölkələrdə məhrumiyyətlər üzündən əldən düşməsinə soyuqqanlı bir şəkildə tamaşa edirlər. Bununla yanaşı, həm də bu qaçqınların Avropada görünməsinin əleyhinə çıxış edib, yalnız öz rahatlıqlarının qayğısına qalırlar. Amma yüz minlərlə evlərindən didərgin düşmüş qaçqınların haqlarının pozulması, həyatlarından məhrum olması onları maraqlandırmır. Halbuki özgə vaxt digər ölkələrə müdaxilə etmək istəyəndə və irad tutanda yalnız “insane haqları”, “demokratiya” bəhanələrini gətirirlər. İndi isə iş o yerə gətirib və Avropanın bu məsələdə “yamaqları” o dərəcədə çılpaq şəkildə üzə çıxıb ki, hətta qərbmeyilli insan hüquqları təşkilatları da onların bu insan haqlarına zidd siyasətlərini ört-basdır edə bilmir, bunun əleyhinə açıqlamalar verirlər…

Rasim Babalı









 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info