Milli yemək standartları hazırlanıb
Tarix: 25.02.2013 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Azərbaycanın milli yemək standartları hazırlanıb. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, hazırlanan standartlar Milli Məclis tərəfindən hazırlanması nəzərdə tutulan “Kulinariya mədəniyyəti haqqında” qanunun tərkib hissəsinə daxil ediləcək.
O deyib ki, bu sessiyada Mədəniyyət komitəsində müvafiq komitələrlə birlikdə qanun layihəsinin hazırlanması üzərində işlər başlayacaq. Komitə sədrinin sözlərinə görə, milli yemək standartları Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanıb: “Standartların hazırlanmasında əsas məqsəd Azərbaycan yeməkləri barədə tarixi təsəvvürləri dəqiqləşdirmək və yemək hazırlamalarında milli reseptlərin əsas xüsusiyyətlərini qorumaqdır. Təbii ki, hərə plovu bir cür bişirir. Amma tam ümumi reseptdən kənara çıxmaq olmaz. Standartlar kulinariya mədəniyyətinə təsir edəcək hadisədir. Həm də digər mədəniyyət nümunələri kimi, Azərbaycan yeməkləri də başqa xalqlar tərəfindən tez-tez mənimsənilməyə məruz qalır. Standartların qəbulunda məqsəd həm də bu halların qarşısını almaqdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info