Müharibənin “ürəyi yaralı” qadınları
Tarix: 08.03.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Ölkələrində 5 ildir davam edən vətəndaş müharibəsində kimi uşağını, kimi ərini itirən suriyalı qadınlar, ürəklərindəki dərin yaralar və çiyinlərindəki böyük məsuliyyətlə həyatda qalmağa çalışırlar.
Həyatlarının, bəlkə də, ən gözəl illərində müharibənin acı üzü ilə tanış olan mühacir suriyalı qadınlar gözlədikləri gözəl günlərin xəyallarını qururlar. Malatyadakı Beydağı Qonaq Evində qalan suriyalı 4 uşaq anası Cevahir əl Yusuf də döyüşün ağrısını ürəyində daşıyan qadınlar arasındadır. Həyat yoldaşı Usamə Əl Yusufu Hama şəhərində baş verən bombardmanda itirən Cevahir əl Yusuf, ən kiçiyi 5 yaşında olan 4 uşağına həm analıq, həm də atalıq edir. Həyat yoldaşını itirdikdən sonra uşaqları Meysay (5 yaş), Merhaf (11), Məhəmməd (13) və Fatmanı (15) özü ilə götürərək təxminən 2,5 il əvvəl Malatyadakı “konteyner şəhər”ə yerləşən Cevahir Əl Yusuf, döyüşün yaralarını Türkiyədə sarımağa çalışır. Yaşadıqlarını gözyaşları içərisində izah edən Cevahir əl Yusuf, “Anadolu” agentliyinin müxbirinə Suriyada çox pis günlər yaşadıqlarını, oradakı hər günlərini bomba və partlayış səsləri ilə keçirdiklərini söyləyib: “Evdə oturduğumuz sırada həyat yoldaşım küçəyə çıxmışdı. O anda böyük bir səs-küylə bombardman oldu. Çölə çıxdığımızda həyat yoldaşımın şəhid olduğunu gördüm. Çox kədərləndim, həyatım məhv oldu. Bu an nə söyləyəcəyimi bilmirəm”.

“Ağrımızı izah etməyə sözlər yetərsizdir”
Kahramanmaraşdakı çadır şəhərində yaşayan Reca Mıgdat həyat yoldaşını gözlərinin qarşısında itirən bir çox ürəyi yaralı qadınlardandan biridir: “Kəndimizdəki kişiləri bağlı bir sahədə aparıb əsgərlər topluca öldürdü. Hamısını güllələdilər. 4 uşaq anası olaraq yetimlərlə böyük ağrılar yaşadım”.
Kilisdə yaşayan Sahar Hamod da Suriya münaqişəsi səbəbilə ən böyük ağrını yaşayıb. Müharibədən əvvəl öz evlərində yaşadıqlarını, maddi vəziyyətlərinin də yaxşı olduğunu deyən Hamod, uşaqları əmilərini hər gördüyündə “atamız gələcək” deyə ümidləndiklərini bildirib: “Bomba atıldığında hamiləydim. Ərimin gəlməsini gözləyərkən öldüyünü eşitdim. Evlərimiz dağıldı. Gənc qadınlar dul qaldı. Evimizin, avtomobilimizin olmasını istəyərkən bütün bunların olması çox çətin gəlir”. Nizip Qonaq Evində qalan Şemse Mohammed isə döyüşün başladığı ilk aylarda biri əlil 5 uşağıyla yaşadığı şəhəri, ölkəni, evini və ümidlərini buraxaraq Türkiyəyə pənah gətirib. O, ərini keçən il itirdiyini deyib: “Bu gün Suriyada yaşayan hər kəs bir-birinə düşmən vəziyyətindədir. Mənim tək bir diləyim var: bu döyüş bir an əvvəl bitsin və biz, ölkəmizə, evimizə qayıdaq. Uşaqlarımla birlikdə bu anda nə vəziyyətdə olduğunu bilmədiyimiz evimizə gedərək oranı təmir etmək və həyatımıza davam etmək istəyirik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info