Böyük Britaniyada Azərbaycanın idman imicini formalaşdıran kikboksçu
Tarix: 08.03.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Hafiz Baxşəliyev: “Yeni açdığımız “Qafqaz” klubunun məqsədi Böyük Britaniyadakı azərbaycanlıların sıx ünsiyyətdə olmağını təmin etməkdir”
Azərbaycanın bir idman ölkəsi olması xaricdə də özünü doğruldub. Artıq xaricdə yaşayan həmvətənlərimiz idman klubları yaradaraq bunu dünyaya nümayiş etdirirlər. Bu günlərdə tanınmış kikboksçu Hafiz Baxşəliyevin Londonda “Qafqaz” idman klubu açması bunun bariz nümunəsidir. Qeyd edək ki, Hafiz Baxşəliyev Azərbaycan Kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. Hazırda Böyük Britaniyada yaşayır.
-Öncə həyat yolunuz və idman karyeranız haqqında məlumat vermənizi istərdik.
-1980-ci ildə Naxçıvanda anadan olmuşam. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və buranı 2000-ci ildə bitirmişəm.
İdmanın kikboks növü ilə 1997-ci ildən məşğul olmağa başladım. Fəxrəddin Quliyevin başçılığı altında məşq edərək bir çox yarışlarda, Azərbaycan, Dünya və Avropa çempionatlarında ən ağır çəkidə çıxış edərək ölkəmizi qürurla təmsil etdim. Bu illər ərzində 7 dəfə Azərbaycan, 3 dəfə Dünya və Avropa çempionu oldum. 2006-cı ildə Dünya Çempionatında Azərbaycanda ilk dəfə olaraq mən Rusiya Dünya yığmasına qarşı döyüşə dəvət almışam.
-Neçənci ildən Böyük Britaniyada yaşayırsız?
-2009-cu ildən Böyük Britaniyada yaşayıram. Burada da idman fəaliyyətimə davam edərək bir çox peşəkar döyüşlərdə gücümü sınayaraq K-1 üzrə peşəkarlar arasında Britaniya çempionu titulunu qazandım. Onu da deyim ki, K-1 üzrə də ilk dəfə Azərbaycanı mən təmsil etmişəm.
-Azərbaycanın xaricdə tanınmasında idmanın nə kimi rolu var?
-Azərbaycanın xaricdə idman vasitəsilə tanınmasında əsas məsuliyyət beynəlxalq arenada iştirak edən idmançıların üzərinə düşür. Çünki hər bir idmançı yarış meydanında ölkəsini şücaəti ilə bərabər, həm də əxlaqı ilə təmsil edir.
-Böyük Britaniyada kimlə məşq edibsiz?
-Londonda məşhur KO Muay Thai klubunda İngiltərə yığma komandasının baş məşqçisi Will Judd ilə məşq etmişəm.
-Məğlub etdiyiniz erməni rəqibiniz olubmu?
-İdman həyatımda bir dəfə 2005-ci ildə Kiprdə Yunanıstanı təmsil edən erməni idmançı ilə döyüşmüşəm. 3 raund ərzində açıq üstünlüyümə baxmayaraq, çempionluğa əsas namizədlərdən biri olan yerli idmançının məğlubiyyətinə razılaşmayaraq əlavə raund verdilər. Mən də 4-cü raund bütün gücümlə hücuma keçib rəqibimi nokaut etdim.
- Böyük Britaniyada idman yarışlarına qatılırsızmı?
-Artıq mən 3 ildir yarışlarda döyüşmürəm. Buna baxmayaraq, bəzi peşəkar idman yarışlarında qonaq qismində iştirak edir, bəzən qalibləri mükafatlandırmaq üçün kəməri mən təltif edirəm. Bu da sevindirici haldır ki, mükafatlandırmaq üçün məni titullarım, adım və azərbaycanlı olduğumu vurğulayaraq dəvət edirlər.
-Yeni yaratdığınız klubun məqsəd və vəzifələri nədən ibarətdir?
- Yeni açdığımız “Qafqaz” klubunun əsas məqsədlərindən biri Böyük Britaniyada yaşayan azərbaycanlıları, ələlxüsus Londonda oxuyan azərbaycanlı tələbələri idmana, sağlam həyata cəlb etmək və hər zaman bir-birimizlə sıx ünsiyyətdə olmağımızı təmin etməkdir. Sevinirəm ki, belə idman mərkəzi aça bildik. Biz nə qədər bir olsaq, o qədər güclü olarıq. İnanıram ki, klubumuzda sağlamlıq üçün idman edənlərlə bərabər, gücünü yarışlarda sınamaq istədiyimiz idmançılar da yetişəcək. Gələcəkdə də Azərbaycandan perspektivli idmançıların Britaniyada və Avropada tanınmasına kömək göstərmək istəyirik.
Mən düşünürəm ki, ölkəmizi Avropada layiqincə təmsil edirik və bundan sonra da fəaliyyətimizə davam edəcəyik. Qarşıda Azərbaycanla bağlı bir sıra tədbirləri keçirməyi planlaşdırırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info