II Dünya Köçəri Oyunlarının nizamnaməsi təsdiq edilib
Tarix: 08.03.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunlarının nizamnaməsi və reqlamenti İstanbulda təsdiq edilib.
Bu haqda Qırğızıstanın Bədən Tərbiyəsi, İdman və Gənclər üzrə Dövlət Komitəsinin direktoru Şeyşenkul Bakirov Bişkekdə keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın gənclər və idman qurumlarının rəhbərləri iştirak ediblər. Reqlamentə görə, ikinci Dünya Köçəri Oyunları sentyabrın 3-dən 8-dək İssık-Kul şəhərində keçiriləcək. Bu böyük idman bayramında dünyanın 40 ölkəsindən dəvət olunan idmançılar iştirak edəcək və oyunlarda 25 idman növü üzrə yarışlar keçiriləcək. Qeyd edilib ki, oyunlarda Qırğızıstan və digər iştirakçı ölkələr öz mədəniyyəti, adət-ənənələri və milli idman növlərini dünyaya göstərmək imkanına malikdirlər.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info