Cüdoçularımız Peruda bir qızıl və üç bürünc medal qazanıb
Tarix: 08.03.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçırılən Panamerika açıq çempionatını bir qızıl və üç bürünc medalla başa vurublar. Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışın sonuncu günündə 81 kiloqram çəki dərəcəsində çıxış edən Əbdülhəqq Rəsullu yarımfinala gedən yolda yerli idmançı Danil Vizkarranı və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub edib.
Yarımfinalda liviyalı Nacif Eliasa uduzan Ə.Rəsullu bürünc medal uğrunda mübarizədə türkiyəli Əmirxan Yuceli məğlub edərək mötəbər turnirin bürünc medalına sahib olub. Çempionatda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev beşinci olub. Digər iki cüdoçumuz - Hüseyn Rəhimli (81 kq) və Şahin Qəhrəmanov (90 kq) isə mübarizəni erkən dayandırıblar. Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Vüqar Şirinli (60 kq) qızıl, Elbrus Zamanov (60 kq) və Aişə Qurbanlı (48 kq) isə bürünc medal qazanmışdılar. Beləliklə, Azərbaycan milli komandası Panamerika açıq çempionatını dörd medalla başa vurub. Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi daha bir turnirə qatılacaq. Yığmamız növbəti dəfə Afrikaya üz tutacaq. Cüdoçularımız martın 12-13-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək Afrika açıq çempionatında nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Peter Zayzenbaher burada əsasən gənc heyətə şans verəcək. Belə ki, avstriyalı mütəxəssis Kasablankada Mehman Sadıqov, Oruc Vəlizadə, Rasim Əlməmmədov, Murad Heydərli (hamısı 60 kq), Tərlan Kərimov, İlkin Babazadə, Telman Vəliyev (hər üçü 66 kq), Fəqan Quluzadə, Elvin Mustafayev, Hidayət Heydərov (hər üçü 73 kq), Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hər üçü 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Cəlil Şükürov (100 kq) və Uşanqi Kokaurini (100 kq) sınaqdan keçirəcək. Qeyd edək ki, çempionata ümumilikdə 59 ölkədən 326 idmançı qatılacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info