25 tələbəmiz “Türkiyə Petrolları” şirkətində təcrübə keçəcək
Tarix: 08.03.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Dünən “Türkiyə Petrolları” Azərbaycan nümayəndəliyinin müdiri Saliha Dündar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. ADNSU-nun rektoru Mustafa Babanlı qonağa universitetdə qısa müddət ərzində görülən işlər, xarici ölkələrlə qurulan əməkdaşlıqlar və tələbə mübadiləsi barədə məlumat verib.
Rektor “Türkiyə Petrolları” Azərbaycan nümayəndəliyinin əvvəllər də ADNSU ilə iş birliyini nəzərə alaraq, bu əməkdaşlığın yeni mərhələsinin başlanacağına ümid etdiyini vurğulayıb. Mustafa Babanlı bildirib ki, rektor olaraq hazırda universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi yönündə bütün gücünü ortaya qoyub və qurulan əməkdaşlıqlar, bağlanan müqavilələr buna müəyyən qədər nail olunduğundan xəbər verir. Rektor qeyd edib ki, eyni zamanda, yalnız tələbələrin deyil, müəllimlərin, magistrların, doktorantların da mübadiləsi yönündə işlər görülür. Və çalışılır ki, hər kəs yalnız nəzəri biliklərlə kifayətlənməsin, əsasən təcrübəyə önəm verilsin. “Türkiyə Petrolları” Azərbaycan nümayəndəliyinin müdiri Saliha Dündar ADNSU-ya gəlişinin məqsədini açıb. Bildirib ki, bir mütəxəssis kimi o da nəzəriyyədən çox təcrübənin önəmli olduğunu düşünür. Bu baxımdan 10 nəfər III kurs tələbənin staj keçməsi üçün Türkiyədə təhsilini davam etdirməsi məsələsini irəli sürüb. Xanım Saliha hesab edir ki, 1 aylıq staj 1 illik təhsildən daha üstündür. Qonaq qeyd edib ki, “Türkiyə Petrolları” şirkətində təcrübə toplamaq üçün nəzərdə tutulan 10 nəfər imkansız və ya məcburi köçkün, yaxud valideynlərini itirmiş tələbələr olacaq. “Bu tələbələrin Türkiyəyə gedib gəlməyi, orada dolanışığı üçün lazımi maliyyə tərəfimizdən ödənəcək”- deyən Saliha xanım bunun qarşılığı olaraq Türkiyədən də eyni durumda olan tələbələrin burada təhsil almasını istədiyini vurğulayıb. ADNSU rektoru öz növbəsində təklif edib ki, əlavə olaraq 15 nəfər tələbə də təcrübə toplamaq üçün göndərilsin. Təbii ki, bu tələbələrin maliyyəsinin yarısı universitet, yarısı valideynləri tərəfindən ödənmək şərtilə. Saliha xanım rektorun təklifini müsbət qarşılayıb. Beləliklə, ümumilikdə 25 nəfər tələbənin təcrübəyə göndərilməsi razılaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info