“SOCAR-la razılaşma Gürcüstanın enerji təhlükəsizliyini təmin edəcək”
Tarix: 09.03.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Gürcüstan hökumətinin əsas məqsədi əhalini stabil və fasiləsiz şəkildə təbii qazla təmin etməkdir. Bu barədə Azərbaycana rəsmi səfəri başa çatmış Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin bəyanatında bildirilir.
Nazirin bəyanatında deyilir ki, əhalinin təbii qaza artan tələbatı Azərbaycan hesabına ödəniləcək və bununla bağlı Gürcüstan hökuməti ilə SOCAR arasında müvafiq sənəd imzalanıb: “Bizim dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana əlavə həcmdə qaz nəql edəcək. Bu, yaranmış defisitin bağlanması üçün kifayətdir”.
Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlara toxunan nazir bildirib ki, danışıqların predmeti Gürcüstan üzərindən Rusiya qazının Ermənistana tranzitinin şərtləri idi: “Bu cür danışıqlar 2004-cü ildən etibarən aparılır. Bununla yanaşı, yaranmış defisitin Rusiya qazı hesabına bağlanması da müzakirə olunub. Lakin SOCAR-la əldə etdiyimiz razılaşmadan sonra “Qazprom”dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur. Bu razılaşma hesabına Gürcüstan əhalisi stabil və fasiləsiz olaraq qazla təmin olunacaq. Bu razılaşma hesabına ölkənin enerji təhlükəsizliyi də təmin olunacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info