Bütün hallarda neft dolları üstələyəcək – Fikrət Yusifov
Tarix: 09.03.2016 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Son bir aya yaxın vaxt ərzində dünya bazarlarında neftin qiymətlərinin ardıcıl olaraq artmasının hansı səbəblərdən baş verməsi çoxlarını düşündürür. Artıq iki ilə yaxındır ki, ortada neftin qiymətlərinə kifayət qədər təsir edə bilən siyasi səbəblər mövcuddur və onlar hələ də bu qiymətlərə öz təsirini göstərmək iqtidarındadırlar. Görünən budur ki, geosiyasi münaqişələrdə üstünlük qazanmağa, qarşı tərəfi iqtisadi cəhətdən çokdürməyə hesablanmış bu addımlar, onun müəlliflərinə gözlənilən “səmərəni” tam verə bilmədi. Digər tərəfdən, siyasi səbəblərə söykənib neftin qiymətlərini çox uzun müddət üçün aşağı səviyyədə saxlamaq özü də real deyildi. Bunun bir sonu çatmalı idi. Son hadisələr göstərir ki, münaqişə meydanlarında müəyyən qədər sakitliyin yaranması, neft sənayesinə artıq iki ilə yaxındır ki, lazımı yatırımların edilməməsi səbəbindən onun hasilatının azalması təhlükəsinin yaxınlaşması, dünya neftinin 70%-dən çoxunu hasil edən ölkələrin bir məqsədlə - hasilatı sabit saxlamaq və lazım gələrsə onu bir qədər azaltmaq - məqsədilə bu ilin mart ayının 20-də Moskvada toplanması kimi amillərin mövcudluğu neftin qiymətlərində son müsbət dəyişikliklərin əsasını təşkil edir. Bəzi araşdırmalarda neft qiymətlərinin bazarda onun həcminin tələb olunandan artıq olması ilə deyil, məhz siyasi amillərlə, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən nizamlandığını əsaslandırmağa çalışılır. Bəli bu “siyasi tənzimləmələr” var və onları heç kəs inkar etmir. Lakin bizim yuxarıda sadaladığımız əlahəzrət reallıqları da heç kim təkzib edə bilməz. Heç kim düşünməsin ki, ABŞ-in neft sənayesi bugünkü ziyanlı fəaliyyətini bundan sonra da illərlə davam etdirmək istəyində və gücündə olacaqdır. Səbəblər isə çox sadə və sadə olduğu qədər də asan başa düşüləndir. Bu gün dünya iqtisadiyyatının az qala ¼-nə sahib olan bu nəhəng ölkənin Ümumi Daxili Məhsulundan da bir trilyon dollar artıq olan dövlət borcu yükü və bu yükün onun ÜDM-dan kifayət qədər böyük sürətlə artması, faktı ABŞ-ın rəsmi dairələrini düşündürməmiş deyil. Sual olunur görəsən ABŞ administrasiyası Konqresə borc limitini artırmaq xahişi ilə bundan sonra nə qədər müraciətlər ünvanlaya biləcək? Konqres növbəti dəfə borc limitini artırmaqdan imtina edərsə, onda nə baş verəcək? Konqres bir neçə il bundan əvvəl növbəti dəfə, axırıncı məqama qədər borc limitini artırmaqdan imtina etdi və yalnız son gün, ABŞ-n texniki defoltuna yol verməmək xatirinə limitin artırılmasına razılıq verdi. Bu borc yükünün bir sonu olacaqmı? Hər bir yük götürən tərəfin gücünün ölçüsü var. Dəmir və hətta torpaq da həddən artıq ağır yükləndikdə ağırlığa davam gətirməyə bilirlər. ABŞ iqtisadiyyatının da bu qədər ağır və praktik olaraq hər gün artan borc yükünə sona qədər davam gətirə biləcəyi böyük şübhə doğurur. Həyat reallıqlardan ibarətdir. Hesab edirik ki, ABŞ-ın düşünən beyinləri artıq bu reallıqların fərqinə varmağa başlayıblar. Reallıq isə budur ki, neft hasil edən ölkələr onun satışından istədikləri qazancı əldə etmək üçün bütün zəruri addımları atacaqlar. ABŞ-a tərəfdaş olan Səudiyyə Ərəbistanı kimi müttəfiqlər belə bir müddətdən sonra “yersiz itkilərdən” yaxa qurtarmağa üz tutacaqlar və artıq demək olar ki, onlar bunu etməyə çox yaxındırlar. Hələlik isə bu ətrafda siyasi maneverlər edirlər. Odur ki, neftin qiymətlərinin tədricən qalxmasının real və çox təbii əsasları ortadadır. Hesab edirik ki, belə olan halda Federal Ehtiyat Sisteminin uçot dərəcəsini dəyişməsi və ya hər hansı başqa bir manevrlər etməsi, vəziyyətə ciddi təsir edə bilməyəcəkdir və belə addımların təsiri getdikcə zəifləyəcəkdir.
Neftin qiymətləri qalxmağa davam edəcəyi tədqirdə, dolların ucuzlaşması labüddür. Dolların ucuzlaşması isə digər milli valyutalara, o cümlədən, Azərbaycan manatına da öz təsirini göstədə biləcəkdir. Lakin bütün hallarda manatın 2015-ci ilin fevral ayının 21-nə qədər mövcud olmuş məzənnəyə qədər təkrar bahalanmasından söhbət belə gedə bilməz. Neftin qiymətləri bunu etməyə imkan versə də belə buna getmək olmaz. Baş verə biləcək proseslərdə manatın məzənnəsinin sabit qalmasına çalışmaqla yanaşı, cəmiyyətdə insanları ciddi narahat edən bir məsələni - iki devalvasiya nəticəsində xarici valyutada kredit götürən vətəndaşlarımızın məzənnə fərqi şəkilində yaranmış manat yükü problemini - həll etməyin yollarını tapmaq lazımdır. Bundan dolayı manatın məzənnəsinin bugünkü səviyyəsi (bir qədər aşağı, bir qədər yuxarı), normal hesab edilməlidir. Bu səviyyədə olan manat, ölkədə daxili istehsalın həcminin artırılmasına, qiymətlərin optimallaşdırılmasına, ixrac potensialının isə əsaslı şəkildə gücləndirilməsinə şərait yaradacaqdır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info