Azərbaycanlı gənclər təşkilatları birgə bəyanat yayıb
Tarix: 09.03.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyinin təşəbbüsü ilə 2016-ci ilin martın 4-7-də Türkiyənin İstanbul şəhərində keçirilən “Xaricdən milli baxış” Forumunun iştirakçıları, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Polşa, İspaniya, Macarıstan, Norveç, Türkiyə, Çexiya, İtaliya, Rumıniya, Litva, Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları birgə bəyanat yayıb.
Bəyanatda deyilir: “Biz, dünya Azərbaycanlıları olaraq ölkəmizi xaricdə təmsil etməkdən qürur duyur və bunun məsuliyyətini öz üzərimizdə hər zaman dərk edirik.
Ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsi indi hər birimizin həyat devzinə çevrilib.
Məqsədimiz ölkəmizlə bağlı doğru informasiyaları, Azərbaycanın qısa müddət ərzində keçdiyi inkişaf yolunu, xalqımıza xas olan milli dəyərləri, Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırım və işğalçılıq siyasətini yaşadığımız ölkələrin, eləcə də dünyanın diqqətinə çatdırmaq, ədalətin bərqərar olunmasına nail olmaqdır.
Qeyd edilən istiqamətlərdə aparılan dövlət siyasətini daim dəstəkləyir və hər birimizin milli mənəvi borcu hesab edirik.
Gənclik, güclü Azərbaycan dövlətinə, xalqımızın iradəsinə söykənərək dünya səviyyəsində öz sözünü deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevə güvənərək bundan sonra da üzərinə düşən işi yerinə yetirəcək.
Biz, Forum iştirakçıları olaraq bütün dünyadakı Azərbaycanlı gənclərə müraciət edərək bildiririk ki, indi dünyada baş verən proseslər daha yaxın olmağımızı, daha sıx birləşməyimizi, müstəqil Azərbaycan üçün daha çox işlər görməyi zəruri edir.
Bundan irəli gələrək Forum iştirakçıları tərəfindən yaradılan Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası bundan sonrakı fəaliyyətini mərkəzləşdirilmiş formada həyata keçirməyi, xaricdəki gənclər təşkilatlarının ictimai-siyasi proseslərdə mövqeyinin gücləndirilməsini qarşıya məqsəd qoyub.
Yeni müraciətlərə əsasən Koordinasiya Şurasının fəaliyyət coğrafiyasının genişləndirilməsi də əsas məqsədlərdən biridir.
Forum iştirakçılarının ümumi razılığı əsasında Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası fəaliyyətinin əlaqələndirilməsi “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info