Naxçıvan dünyanın 56 ölkəsi ilə ticarət əlaqəsi saxlayır
Tarix: 09.03.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının dünyanın 56 ölkəsi ilə ticarət əlaqələri mövcuddur. Muxtar respublikadan ixrac edilən malların alıcıları olan ölkələr arasında Türkiyə, Türkmənistan, İran, İsrail, Rusiya, Gürcüstan ön sıralarda yer alırlar.
AZƏRTAC xəbər verir ki, Naxçıvanın əsas ixrac məhsullarına məşhur mineral suları, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı və spirtli içkiləri, meyvə şirələrini, yüksək keyfiyyətli tikinti materiallarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorlar və digər çox sayda məhsulları misal göstərmək olar.
Muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, “NAZ-Lifan” avtomobilləri Belarusa ixrac olunur.
Xarici bazarlara çıxışın təmin edilməsi üçün muxtar respublikada fəaliyyət göstərən şirkətlərə hərtərəfli dəstək verilir. Bundan əlavə, muxtar respublikada ixracyönümlü hazır məhsul istehsalının artması, yeni nəqliyyat imkanlarının yaranması və digər müasir infrastruktur şəraiti gələcəkdə ixracatın səviyyəsini daha da yüksəldəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info