Dövlət Neft Fondu “Cənub Qaz Dəhlizi“nə 732,8 milyon manat ayırıb
Tarix: 09.03.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün "Cənub Qaz Dəhlizi" QSC-yə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2014-2015-ci illər ərzində ümumilikdə 736,9 mln. dollar və yaxud 732,8 mln. manat həcmində vəsait yönəldilib. Bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub (report.az). Hesabata əsasən, 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondu tərəfindən 692,8 mln. manat və yaxud 685,9 mln. dollar məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb və bu maddə üzrə icra büdcədə nəzərdə tutulana nisbətən (997,016 mln. manat) 69,5% təşkil edib.
"Cənub Qaz Dəhlizi" QSC-nin məlumatına əsasən, TANAP layihəsi üzrə şirkətə məxsus 30% payın "BOTAŞ"a və 12%-in BP şirkətinə satılmasından 2015-ci ilin aprel ayında əldə edilmiş 265,6 mln. dolların layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, habelə bir sıra işlərin sonrakı illərə keçirilməsi səbəbindən büdcədə nəzərdə tutulan vəsaitin 304,2 mln. manatı sifariş edilməyib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il Sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə ARDNŞ tərəfindən nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i ARDNŞ-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb- VIDEO
27.05.2019
“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional nümayəndəliyi açıldı
27.05.2019
Ramin Quluzadə Rusiyada səfərdə olub
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info