“Bu misli görünməmiş hadisə yalnız Ermənistanın başına gələ bilər”
Tarix: 09.03.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“Son iki yüz ilin tarixinə baxın. Hər dəfə Ermənistanı təhlükə gözləyəndə rus ordusunun özünü necə aparacağı aydın olacaq. 90-cı illərdə Qarabağ müharibəsində də rus ordusu gah bizi tərk edirdi, gah da bizə qarşı döyüşürdü. İndi çoxları başa düşür ki, Ermənistandakı rus hərbi bazaları ölkəmiz üçün əsas təhlükə mənbəyidir. Hesab edirəm ki, tezliklə bunun nəticələrini daha aydın hiss edəcəyik”.
Bu sözləri Ermənistanın müxalifyönlü “Lragir.am” saytının baş redaktoru Aykazn Qaqiryan özünün “Ermənistanda işğalçı ordu” adlı məqaləsində yazıb. 
Baş redaktor qeyd edir ki, 2015-ci ildə Ermənistan hökuməti dəmir yolu vasitəsi ilə hərbi yüklərin daşınması üçün 613 milyon dram (1 milyon dollar) pul xərcləyib. Bütün xərclər hökumətin ehtiyat fondundan ayrılıb: “Xatırladım ki, hələ 2004-cü ildə Rusiya və Ermənistan dövlətləri arasında bağlanmış müqaviləyə əsasən Ermənistan ərazisində yerləşən rus ordusuna çatacaq yüklərin haqqını Ermənistan dövləti ödəməlidir. Belə çıxır ki, ermənistanlı vergi ödəyiciləri 1 milyon dolar ödəyiblər ki, Rusiyanın hərbi yükləri Ermənistana gəlsin. Bu hələ bir rüb üçün nəzərdə tutulub. Növbəti rüblər üçün xərcləri də Ermənistan hökuməti ödəyəcək. Bütün bunlardan əlavə Ermənistan bu bazaların kommunal və digər xərclərinidə ödəyərək ruslara pulsuz mülkiyyət təklif edir.

Bu misli görünməmiş hadisə yalnız Ermənistanın başına gələ bilər. Adətən bu cür xərclər başqa ölkə ərazisində baza yerləşdirən dövlət tərəfindən ödənilir. Ancaq biz də tərsinə olub. Günahsız insanların həyatı bahasına başa gələn pulları havayı xərcləyən Ermənistan hökuməti hesab edir ki, bununla ermənilərin təhlükəsizliyini təmin edir. Hamı bilir ki, bu gözdən pərdə asmaqdan başqa bir şey deyil”-deyə baş redaktor yazır.
O həmçinin məqaləsində qeyd edib: "Tarixdən məlumdur ki, həmişə işğal edilən ölkə, onu işğal etmiş ordunu yedizdirməklə məşğul olub. Hazırda bu vəziyyəti Ermənistan yaşayır. Bizi qoruyacaq və müdafiə edəcək bir ordu var, o da öz ordumuzdur. Gəlin onları yedizdirək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info