“Regional İnkişaf“ İctimai Birliyi Lənkəran və Astarada sakinlərlə görüşlər keçirib 
Tarix: 09.03.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin martın 7-də Lənkəran və Astara rayonlarında toplantısı keçirilib, qəsəbə və kəndlərdə yerli sakinlərlə görüşlər olub.
Fonddan verilən məlumata görə, “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran şəhərində keçirilən iclasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun hər bir layihəsinin məqsədi xalqa xidmət göstərməkdir. Bu günədək “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 412 yeni məktəb inşa olunub. “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları üzrə paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Fondun vasitəsi ilə indiyədək 50 mindən artıq insanın həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə olunduğunu deyən Anar Ələkbərov təkcə ötən il 152 uşaq üzərində ürək əməliyyatı aparıldığını deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir.
Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər görəcəyini deyən Anar Ələkbərov hər bir kəsi, xüsusilə gəncləri Birliyin fəaliyyətində yaxından iştiraka dəvət edib. Bildirib ki, daxil olan kollegial müraciətlər İctimai Birliyin fəaliyyət isiqamətinə uyğun araşdırılacaq, lakin əsas məqsəd dövlət qurumları ilə, təşkilatlarla vətəndaşların arasında sıx əlaqənin yaradılması olacaq.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, yeni İctimai Birliyin fəaliyyəti ölkənin bütün regionlarını əhatə edəcək, əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilib həlli istiqamətində tədbirlər görüləcək. İctimai Birlik, eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə şərait yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.
Bir sıra problemlərin vaxtında öz həllini tapmamasının səbəbinin aidiyyatı dövlət qurumları ilə vətəndaşlar arasında ünsiyyətin yaranmamasından irəli gəldiyi, “Regional İnkişaf” İctimai Birliyinin belə bir dialoqun yaranması, məsələlərin həlli üzrə fəaliyyət göstərəcəyi qeyd olunub. Fondun 12 illik fəaliyyətinin regionlarda daha da genişləndiriləcəyi bildirilib və bu baxımdan könüllərin təşkilat ətrafında birləşməsinin, “Regional İnkişaf” İctimai Birliyinin sosial şəbəkələrdəki səhifələrində fəal olmasının vacibliyi qeyd edilib.
Qeyd olunub ki, təşkilatın cənub bölgəsi üzrə fəaliyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edək, regional mərkəz isə Lənkəran şəhərində fəaliyyət göstərəcək.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, “Regional İnkişaf” İctimai Birliyinin yaradılması insanların həyatında mühüm rol oynayacaq. O, rayonun ağsaqqal və gənclərini, bütövlükdə Lənkəran ictimaiyyətini Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər verməyə çağırıb.
Tədbirdə çıxış edən rayon ağsaqqalları və gənclər Heydər Əliyev Fondunun bu günədək Lənkəranda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, inşa edilən təhsil və səhiyyə müəssisələrindən, uşaq evləri barədə danışıblar. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək, autizm və bu kimi sosial məsələlər üzrə regionlarda bərpa mərkəzlərinin yaradılması, yeni iş yerlərinin açılması, erkən nikahlar, eləcə də ucqar kəndlərdə qız uşaqlarının təhsildən yayındırılması, kompüter texnologiyaları, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər dinlənilib.

Daha sonra Heydər Əliyev Fondunun nümayəndələri Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Astara rayonunun Siyakü kəndində sakinlərlə yerindəcə bir sıra təklifləri müzakirə ediblər. “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Fond mövcud problemlərin həlli və regionların inkişaf etdirilməsi üzrə bilavasitə yerlərdə sakinlərlə görüşlər keçirərək, onları dinləməklə həm də ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadır. “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, həmçinin Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olublar. Heydər Əliyev Fondunun təhsil sahəsi üzrə layihəsi çərçivəsində bu uşaq evinin təmiri məsələsi müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info