“Qonaqlar Azərbaycanın inkişafını görür, Bakının sürətli inkişafının şahidi olurlar”
Tarix: 09.03.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Belə forumlarda hər kəs fikrini söyləyə bilər. Burada səslənən fikirlərin Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməməsi də mümkündür, hətta bəzi hallarda tam əksi də ola bilər. Forumların qaydasıdır ki, burada azad fikirlər səslənir”.
Bunu Azərbaycanda keçiriləcək IV Bakı Qlobal Forumunun dəstəkçisi olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
O qeyd edib ki, forumda hansısa ölkədəki vəziyyət müzakirə olunarkən də hər kəs azad şəkildə fikrini söyləyə biləcək: “Təbii ki, sonda yekun fikir, həqiqət ortaya çıxır. Buraya gələn qonaqlar Azərbaycanın inkişafını görürlər, Bakının sürətli inkişafının şahidi olurlar. Hər forumdan sonra öz ölkələrində məqalələrlə çıxış edirlər. Bu forumdan sonra da Azərbaycanla bağlı fikirlərini bildirəcəklər. Bu, Azərbaycanın tanıdılması deməkdir. Bakı Qlobal Forumunda Qarabağ məsələsi də müzakirə olunacaq. Həmçinin Qarabağ probleminə yanaşmada ikili standartlar da müzakirə mövzusu olacaq”.
N. İbrahimov bildirib ki, belə forumlar keçirilərkən bəzi insanlar burada səslənəcək fikirlərdən narahat olurlar, bu fikirlərin Azərbaycanın yürütdüyü siyasətə problem yaradacağını düşünürlər: “Amma bu forumda hər kəs öz fikrini söyləməkdə azaddır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info